İş vaxtı tabeliVaxtamuzd əmək haqqı formasında əsas ilkin sənəd İş vaxtının uçot tabelidir (Forma N-1t). İş vaxtı tabelində işçilərin faktiki işlədikləri saat və günlər, üzürlü və üzürsüz səbəblərdən işə çıxmamaq, gecikmə və ya xəstəlik halları, iş vaxtından artıq işləmə, məzuniyyət, ezamiyyətlərin uçotu aparılır. İş vaxtının uçotu tabeli işçilərə əmək haqqının hesablanmasına əsas verir. İş vaxtı tabeli buna məsul olan şəxs hazırlayır (misal üçün, tabelçi, mühasib, şöbə rəhbəri və s.). Tabeldə, xüsusi olaraq, işə gəlməmə səbəbləri, natamam iş vaxtı rejimində iş, iş vaxtından artıq vaxtda iş qeyd edilir. İşə gəlməmə səbəbləri barədə tabeldə qeydlər müvafiq sənədlər əsasında edilir (misal üçün, xəstəlik kağızı, dövlət işlərini görmə barədə arayış və s.). Tabel bir nüsxədə hər bir ay üzrə hazırlanır. Tabel iki üsul ilə aparıla bilər:
Tabel onu hazırlayan əməkdaş (tabelçi, mühasib və s.) və müvafiq struktur bölmənin rəhbəri tərəfindən imzalanır. Ayın sonunda tabel mühasibatlığa verilir. İş vaxtı uçot tabelinin saxlanma müddəti 5 ildir. İş vaxtının uçot tabelinin nümunəvi forması ilə aşağıda tanış ola bilərsiniz:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.