Son haqq-hesab vərəqi
Son haqq-hesab vərəqində mühasib işçiyə faktiki işlədiyi günlərə görə əmək haqqı, istifadə etmədiyi məzuniyyətə görə kompensasiya və işdən azad edildiyinə görə işçiyə ödənilməli olan sair ödənişləri hesablamalıdır.
Vərəqin ön tərəfini insan qaynaqları şöbəsinin əməkdaşı və ya buna məsul olan şəxs, arxa tərəfini isə mühasib doldurur.
Son haqq-hesab vərəqi əsasında mühasib aşağıdakı müxabirləşmələri edəcəkdir:
N
Əməliyyatın məzmunu
Debet
Kredit
Məbləğ
1
Əmək haqqının hesablanması
202, 721, 711 ...
533 "İşçi heyətinə qısamüddətli kreditor borcları"
-
2
Gəlir vergisinin tutulması
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
521-2 "Vergi öhdəlikləri-Gəlir vergisi"
-
3
İşçilərin əmək haqqlarından tutulan sosial sığorta ödənişləri
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
-
4
Əmək haqqının kassadan ödənilməsi
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
221 "Kassa"
-
Son haqq-hesab vərəqi müvafiq yoxlamalardan sonra 5 il saxlanılmalıdır.
Son haqq-hesab vərəqi nümunəsini yükləmək.
Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.
Mesaj
LAYİHƏ HAQQINDA
e-MUHASIB.AZ - "Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemi - böyük həcmdə olan məlumatlar ilə işləmək üçün yeni müasir texnologiyadır.
Elektron Ensiklopediya mühasibi mühasibat, vergi, kadr və sənəd uçotunun qanunvericiliyə uyğun aparılması üçün daim aktual ensiklopedik məlumatlar ilə təmin edir.
Elektron Ensiklopediya peşakar mühasib olmaq yolunda sizin ilk addımınızdır!
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.