e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nümayəndəlik xərclərinin sənədləşdirilməsi

Nümayəndəlik xərcləri - başqa müəssisələrin nümayəndələrinin biznes məqsədləri çərçivəsində qarşılıqlı işgüzar əməkdaşlıq üçün danışıqlar aparmağa, informasiyalaşdırma, məlumatlandırma və maarifləndirmə üçün dinləmələrə gəlməyə və bu kimi digər məqsədlərlə dəvət olunmuş nümayəndələrə (qonaqlara) xidmət göstərilməsi ilə bağlı xərclərdir. Nümayəndəlik xərclərinə başqa müəssisədən ezam olunmuş fiziki şəxsin (başqa müəssisənin işçisinin) ezamiyyə xərclərinin bir hissəsini və ya bütövlükdə ödənilməsini də aid etmək olar.

Nümayəndəlik xərclərinin nəzarəti məqsədi ilə müxtəlif növ nümayəndəlik xərclərinin məhdudlaşdırılması məqsədəuyğundur. Belə nümayəndəlik xərcləri normaları müəssisə rəhbərinin əmri ilə təsdiqlənə bilər.

Nümayəndəlik xərcləri ilə bağlı müəssisə rəhbərinin əmrinin nümunəsi:

Nümayəndəlik xərcləri barədə müəssisə rəhbərinin əmrini yükləmək.

Nümayəndələrin qəbulundan sonra məsul şəxs tərəfindən hesabat hazırlanmalıdır. Hesabatda qəbulun tarixi və yeri, qəbul proqramı, dəvət olunan qonaqlar, qəbulda iştirak edən müəssisə işçilərinin siyahısı və nümayəndəlik xərclərinin məbləği qeyd edilir.

Nümayəndə heyyətinin qəbulu ilə bağlı hesabat bu cür hazırlana bilər: <[ align=center>

"Nümayəndəlik xərcləri barədə Hesabat"-ı yükləmək

Qəbul bitdikdən sonra qəbul ilə bağlı məsul təhtəlhesab şəxs nümayəndəlik xərcləri ilə bağlı avans hesabatı tərtib etməlidir.

Avans hesabatına nümayəndəlik xərclərini təsdiq edən bütün ilkin sənədlər əlavə edilməlidir (NKA çekləri, qəbzlər, qaimə-fakturalar, alış aktları, təhvil-təslim aktları və s.)

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2019-02-21 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.