e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə-mühasibat sənədləri

Maliyyə-mühasibat uçotu sənədləri təsərrüfat əməliyyatların baş verməsini təsdiqləyən, müəssisənin maliyyə nəticələrini əks etdirən sənədlərdir.

Mühasibat uçotu sənədlərinə aid etmək olar: ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlər.

İlkin uçot sənədləri

Müəssisənin təsərrüfat fəaliyyəti, misal üçün, malların alışı və ya satışı, müştərilərə xidmətlərin göstərilməsi, işlərin görülməsi ilkin uçot sənədləri əsasında mühasibat uçotunda əks olunur (qaimələr, aktlar və s.). Bu tip sənədlərə mühasibat uçotunda birinci dərəcəli sənədlər deyilir. Adından da göründüyü kimi, bu sənədlər mühasibat yazlışlarının aparılması üçün əsas ilkin sənəd hesab edilirlər.

İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

İlkin sənədlər: təsərrüfat əməliyyatları və onların aparılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təsdiq edən yazılı şəhadətnamədir

İlkin sənəd baş vermiş təsərrüfat əməliyyatının hüquqi qüvvəsini təsdiqləyir və təsərrüfat əməliyyatını icra edən şəxslərin məsuliyyətini müəyyən edir.

Bir çox ilkin sənədlərin vahid forması dövlət orqanları tərəfindən müəyyən edilib, misal üçün, əsas vəsaitlərin, əmək haqqının, pul əməliyyatlarının və s. uçotunu əks etdirən. Əgər rəsmi olaraq, ilkin sənədin vahid forması müəyyən edilməyibsə, müəssisənin özü bu formanı tərtib edə bilər. Belə olduqda, bu sənəddə mütləq aşağıda göstərilən rekvizitlər olmalıdır:

  • sənədin adı;
  • sənədin tarıxı;
  • müəssisənin adı;
  • təsərrüfat əməliyyatının tərkibi;
  • təsərrüfat əməliyyatının ölçü vahidləri;
  • məsul şəxslərin siyahısı və vəzifələri;
  • məsul şəxslərin şəxsi imzası.

Mühasibat uçotu registrləri

Təsərrüfat əməliyyatları ilkin sənədlər əsasında uçotda əks etdirilir və bundan sonra bu məlumatlar müəyyən kriteriyalara görə xronoloji qaydada xüsusi cədvəllərdə sistemləşdirilir və yığılır. Bu cədvəllər mühasibat uçotu registrləri adlanırlar. Registrlər maliyyə-mühasibat hesabatlarının hazırlanmasında istifadə edilirlər.

Mühasibat uçotu registrləri – ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir.

Registr formaları müəssisə tərəfindən müstəqil tərtib edilir və müəssisənin uçot siyasətində nəzərə alınırlar. Mühasibat uçotu registrlərində aşağıdakı rekvizitlər olmalıdır:

  • registrin adı;
  • müəssisənin adı;
  • registrin aparılması dövrünün əvvəli və sonu tarixləri, və ya registrin hazırlandığı dövr (ay, rüb, il);
  • mühasibat uçotu obyektlərinin xronoloji və ya sistematik qruplaşdırılması;
  • mühasibat uçotu obyektlərinin ölçülməsinin pul vahidi;
  • registri hazırlayan məsul şəxslərin SAA və vəzifəsi;
  • imzalar.

Uçot registrləri sintetik və analitik olur. Sintetik uçot - baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir. Sintetik uçot registrləri müəssisənin fəaliyyəti barədə ümumi məlumatları əks etdirir. Sintetik registrlərə aid etmək olar, misal üçün, dövriyyə-qalıq cədvəlini.

Analitik uçot – aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin hər biri üzrə açılan analitik uçot registrlərində təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır.

Analitik uçot registrləri - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən jurnallar, cədvəllər və kartlardır.

Analitik uçot registrləri ayrı-ayrı hesablar üzrə məlumatları sistemləşdirirlər. Misal üçün, ayrı-ayrı debitor və kreditorların borcları, təsərrüfat əməliyyatları, mal-material qalıqları, əsas vəsaitlər üzrə və s. Analitik registr kimi, misal üçün, hər-hansı hesabın subhesablar üzrə analitik kartını gətirmək olar.

Həm sintetik, həm də analitik uçotu registrləri müəssisədə həm kağız üzərində, həm də elektron formatda hazırlana bilər. Hal-hazırda bir çox müəssisələrdə müxtəlif proqram təminatının köməyi ilə istənilən mühasibat uçotu registri, istənilən formatda və bölgüdə, və istənilən vaxt hazırlanıb çap edilə bilər. Əsas odur ki, bütün təsərrüfat əməliyyatları ilkin sənədlər əsasında mühasibat proqramına vaxtında daxil edilməlidir.

Maliyyə hesabatları

Lazımi qaydada və tam olaraq hazırlanmış mühasibat uçotu registrləri müəssisənin maliyyə hesabatlarını hazırlamağa imkan verir.

Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.

Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi qaydalarına əsasən:

Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:

Maliyyə hesabatları mühasibat uçotu subyektinin bütün bölmə, filiallarının və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətini əhatə etməlidir, yerləşməsindən asılı olmayaraq.

Hesabatlarda olan məlumatlar sintetik və analitik uçot registrlərin məlumatları əsasında formalaşır, onlar isə öz növbəsində ilkin uçot sənədləri əsasında daxil edilən məlumatlar əsasında formalaşır. Beləliklə, mühasibat uçotunda məlumatların ötürülməsi zəncirini rahatlıqla izləmək olar: ən sadə təsərrüfat əməliyyatlarından ümumiləşdirilmiş müəssisə hesabatlarına kimi. Məlumatların mühasibat uçotunda bu cür yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, ilk növbədə mühasibat uçotunun əsas məqsədlərindən biri olan maliyyə hesabatlarının xarici və daxili istifadəçilərini müəssisənin fəaliyyəti və onun maliyyə vəziyyəti barədə tam və dəqiq məlumat ilə təmin etmək.

Yazı sonuncu dəfə 2020-04-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.