e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İşçilərin mükafatlandırılmansı Əsasnaməsi

İşçilərin mükafatlandırılması Əsasnaməsinin qanunvericilikdə təyin edilmiş forması olmur. Bu səbəbdən o müəssisələr tərəfindən müstəqil hazırlanır.

İşçilərin mükafatlandırılması Əsasnaməsi müəssisə rəhbəri tərəfindən təstiqlənir. Əgər müəssisədə həmkarlar ittifaqı varsa, bu sənəd onlar ilə razılaşdırılır.

İşçilərin mükafatlandırılması Əsasnaməsi forması aşağıdakı kimi hazırlana bilər:

Müəssisə MMC

Təstiq edirəm

Müəssisənin rəhbəri:

Əliyev F.D. ___________

Tarix ___________

İşçilərin mükafatlandırılması

ƏSASNAMƏSİ

Bakı ş. Tarix: 31.01.2019

  1. Əsasnamə işçilərin öz vəzifələrini vicdanla yerinə yetirilməsi, istehsal olunan məhsulların (işlərin, xidmətlərin) keyfiyyəti və həcminin artırılması, maddi-texniki resursların səmərəli istifadəsi və istehsal xərclərinin azaldılması məqsədi ilə maddi maraqlarının artırılması məqsədi ilə qəbul edilir.
  2. Əsasnamə əsasında ödənilən mükafatlar pul şəklində ödənilir.
  3. Mükafatlar rübdə bir dəfə, Əsasnamənin 6-cı maddəsində qeyd edilən istehsal nəticələrinin yerinə yetirilməsi zamanı, hesablanıb ödənilir.
  4. Mükafatlandırma müəssisə rəhbərinin Əmri əsasında aparılır.
  5. Mükafatlar aşağıdakı işçilər üçün nəzərdə tutulub:
    • rəhbərlik;
    • ümumi şöbə;
    • insan qaynaqları şöbəsi;
    • mühasibatlıq;
    • istehsal şöbəsi;
    • marketinq şöbəsi;
    • müştəri xidmətləri şöbəsi.
  6. Mükafatlandırma aşağıdakı şərtlər yerinə yetiriləndə aparılır: rüb ərzində bütün istehsal sahələri üzrə gəlirlərin məbləği istehsal məsrəflərindən 25% çox olduqda. Bu şərt yerinə yetirilmədikdə, işçilərin mükafatlandırması aparılmır.
  7. Mükafatlandırma işçilərin orta aylıq əmək haqqlarının faiz nisbətində aparılır. Orta əmək haqqını AR ƏM 177 maddəsi əsasında hesablanır.
  8. Mükafatın miqdarı işçilərin orta əmək haqqının aşağıdakı faiz nisbətlərində aparılılr:
    • rəhbərlik - 10%;
    • ümumi şöbə - 10%;
    • insan qaynaqları şöbəsi - 10%;
    • mühasibatlıq - 10%;
    • istehsal şöbəsi - 20%;
    • marketinq şöbəsi - 15%;
    • müştəri xidmətləri şöbəsi - 10%.
  9. Mükafat növbəti rübün ilk ayında hesablanır və həmin ayın əmək haqqı fonduna əlavə edlərək, həmin ayın əmək haqqısı ilə birlikdə ödənilir.
  10. Rüb ərzində aşağıdakı şərtləri pozmuş işçilər mükafatlandırılmır:
    • vəzifə təlimatlarında qeyd edilən vəzifələrin yerinə yetirilməməsi və ya aşağı səviyyədə yerinə yetirilməsi, işəgötürənin əmr və tapşırıqlarının yerinə yetirilməməsi;
    • təhlükəsizlik və əməyin qorunması qaydalarının pozulması;
    • intizam tənbehinin alınması ilə nəticələnən pozuntular (töhmət, şiddətli töhmət, əmək müqaviləsinin ləğvi və s.)

    Bu Əsasnamənin bu bəndində qeyd edilən pozuntulara görə yalnız bir dəfə, pozuntu baş vermiş rübdə mükafat verilmir

  11. Əsasnamənin 10-cu bənddə qeyd edilən hallar olduqda, bölmə rəhbəri müəssisə rəhbərinə yazılı məlumat verir. Məlumat rüb bitdikdən sonra növbəti ayın 25-dən gec olmayaraq təqdim edilməlidir.
  12. Hazırki Əsasnamə dəyişilənə qədər qüvvədə qalır.

"Müəssisə" MMC-nin Direktoru Salamov D.F. ______________



Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-10-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.