Əmlak kirayəsi müqaviləsiƏmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Kirayə müqaviləsi adətən yaşayış sahələrinindən istifadə hüququların verilməsi zamanı bağlanılır. Aşağıdakı müqavilələr yaşayış sahələrinin kirayəsi müqavilələri kateqoriyasına aid etmək olar:
Müqavilənin predmeti Yaşayış sahəsinin kirayə müqaviləsinə görə, kirayəyə verən yaşayış sahəsini kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yaşayış sahəsinin kirayəsi müqaviləsində kirayəyə verilən yaşayış sahəsi barədə mütləq surətdə tam məlumatlar verilməlidir. Kirayə obyekti adətən orada uzunmüddətli yaşamaq yararlı olan mənzil, yaşayış evi, mənzilin və ya evin bir hissəsi ola bilər. yaşayış sahəsinin kirayə verilməsi müqaviləsində yaşayış sahəsi barədə məlumat olmadıqda müqavilə bağlanılmamış hesab edilir. Kirayəyə verənin məsuliyyəti Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır:
Kirayəçinin məsuliyyəti Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Kirayəyə götürdüyü kirayə obyektini yaşayış sahəsi qismində istifadə etməlidir. Yaşayış sahəsinin kirayəsinə görə kirayə haqqını vaxtı-vaxtında ödəməlidir. Kirayə müddəti ərzində yaşayış sahəsinə aid yerli, şəhərlərarası və beynəlxalq danışıqların, kommunal xidmətlərin (elektrik enerjisi, su, qaz) haqqını vaxtı vaxtında ödəməlidir. Yaşayış sahəsinin və orada yerləşən əmlakın təhlükəsizliyini təmin etməli, onları texniki saz vəziyyətdə və lazımi sanitariya qaydalarına uyğun saxlamalıdır. Yaşayış sahəsinə və ya əmlaka ziyan vurulduqda onu təmir etmək və ya ekvivalenti ilə əvəz etməli, və ya zərərləri kompensasiya etməlidir. Kirayə verənin yazılı icazəsi olmadan yaşayış sahəsinin quruluşunda dəyişikliklər və yeni qurğular ilə təchiz etməməlidir. Yanğın təhlükəsizliyi, elektrik, qaz və su-kanalizasiya sistemlərinin istismarı qaydalarına əməl etmədikdə və bunun nəticəsində hər-hansı bir zərər dəydikdə, Kirayəyə verənə və ya üçüncü şəxslərə (qonşulara) dəymiş zərərə görə kompensasiya ödəməlidir. Yaşayış sahəsinin cari təmirini öz hesabına vaxtı-vaxtında həyata keçirməlidir. Əmlak kirayəsi müqaviləsi üzrə yüklülüklərin və vergilərin ödənilməsi Kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Yaşayış sahəsinin kirayəsi müqaviləsinin dövlət qeydiyyatı Qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Əgər mənzil kirayəsi müqaviləsinin müddəti on bir aydan çoxdursa, onda həmin hüquq da dövlət qeydiyyatına alınmalıdır. Sosial kirayə müqaviləsi Sosial kirayə müqavilələri əsasında AR Mənzil Məcəlləsi ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin Forması "Yaşayış sahəsinin kirayəsi müqaviləsi"-nin nümunəvi formasını yükləmək.
Normativ-hüquqi aktlar:
AR Mülki Məcəlləsi, Maddələr: 675-699 AR Mənzil Məcəlləsi, Maddələr: 15 Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin Forması Yazı sonuncu dəfə 2019-09-20 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.