Kompüter (makina) üsulu ilə hazırlanan sənədlərə olan tələblərSənədlərin kompüter (makina) üsulu ilə hazırlanması 6.38-90 dövlətlərarası standartın tələbinə uyğun surətdə həyata keçirilir. Kompyuter üsulu ilə yazılan sənədlərin (maliyyə, statistik və digər cədvəllər istisna olmaqla) mətni "Arial" 12 şrifti ilə A4 formatda 1 və ya 1.5 sətirarası intervalla yazılmalıdır. A5 formatlı sənədlərin mətni 1 sətirarası intervalla, mətbəə üsulu ilə nəşr edilən sənədlərin mətni 2 sətirarası intervalla, qalan sənədlərin mətni isə 1.5 sətirarası intervalla çap edilir. Sənədlər çap olunarkən vərəqdə aşağıda göstərilən qədər sahələr saxlanılır:
Sənədin hər abzasının birinci sətri sol sahənin hüdudundan 5-8 çap işarəsi intervalı ilə çap edilir. Bir neçə sətirdən ibarət olan rekvizitlər (mətndən başqa) 1 sətirarası intervalla çap edilir. Sənədlərin rekvizitləri bir-birindən 2 - 3 sətirarası intervalla ayrılır. İki və daha artıq səhifəsi olan sənədlər ikinci səhifədən başlayaraq nömrələnməlidir. Nömrələr ərəb rəqəmləri ilə yazılır. Sənədlərdə nömrə anlayışı "№" işarəsi və ya "nömrə" ("nömrəli") sözü ilə ifadə olunur.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-12-15 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.