Məzuniyyət qrafikiAR Əmək Məcəlləsinin 133-cü maddəsinə əsasən istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər:
Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir. Əmək məzuniyyətlərinin növbəlilik cədvəlləri (məzuniyyət qrafiki) kadrlar şöbəsinin rəhbəri tərəfindən imzalanır, müəssisə rəhbəri isə məzuniyyət qrafikini təsdiq etməlidir. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Bu zaman, məzuniyyət qrafikində müvafiq düzəlişlər edilir. Bunun üçün, qrafikin müvafiq xanalarında məzuniyyətin keçirilmə səbəbləri (misal üçün, işçinin xahişi, istehsal məqsədləri və s.) və keçirilmə dövrü qeyd edilir. Aşağıda məzuniyyət qrafikinin formasını görə bilərsiniz.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-07-25 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.