MüqavilələrMüqavilələr (kontraktlar) - müəssisələr arasında mülki-hüquq münasibətlərini tənzimləyən əsas hüquqi sənədlərdir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilədə tərəflərin hüquq və vəzifələri, əqdin növü, qiymət, keyfiyyət, zəmanət şərtləri, qablaşdırma, çatdırılma vaxtı və şərtləri, daşıma və s. məlumat əks olunur. Müqavilələrin tərtib edilməsi zamanı mətnin hüquqi cəhətdən düzgünlüyünə, tərəflərin hüquqi ünvanlarının düzgün qeyd edilməsinə diqqət yetirmək lazımdır. Müqavilədə tərəflər arasında olan münasibətlər detallı və aydın göstərilməli, ikimənalı cümlələr olmamalıdır. Müqavilənin rekvizitlərinə aşağıdakı daxildir:
Müqavilələrin müddəti qurtardıqdan sonra, onlar müəssisənin arxivində 5 il müddətində saxlanılmalıdır. Xarici tərəfdaşlar ilə müqavilələr, həmin ölkələrdəki iddia müddətləri nəzərə alınaraq, 10 il müddətindən az olmayaraq saxlanılmalıdır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-12-02 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.