Sənədlərin saxlanılma qaydalarının pozulmasına görə məsuliyyətMüəssisə ilkin uçot sənədlərini, mühasibat registrlərini və mühasibat hesabatlarını qoruyub saxlamağa borcludur. Müəssisədə mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxs baş mühasibdir. Bundan başqa, AR Vergi Məcəlləsinin 16.1.7 maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrindən biridir. "Mühasibat uçotu haqqında" AR Qanunun 16-cı maddəsinə əsasən müəsissə tərəfindən mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər AR İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə - vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Normativ-hüquqi aktlar:
Mühasibat uçotu haqqında AR Qanunu, Maddə: 16 Yazı sonuncu dəfə 2019-05-26 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.