Başqa işə keçirmənin sənədləşdirilməsiİşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İşçinin razılığı yazılı formada alınmalıdır, və ya "Başqa işə keçmə Əmr"-ində işçinin "Başqa işə keçirilməm ilə razıyam" imzası olmalıdır. İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Bəzi hallarda işçi onu daha yüngül işlərə cəlb etməyi tələb edə bilər, və işəgötürən işçinin razılığı ilə onları müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Daha yüngül işlərə cəlb etməyi aşağıdakı işçilər tələb edə bilər:
İşçinin sağlamlığının mühafizəsi məqsədi ilə başqa yüngül işə keçirildiyi zaman əmək haqqının saxlandığı hallar:
Başqa işə keçmə işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-01-04 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.