e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əsas vəsaitlərin silinməsi nəticəsində ehtiyatların mədaxili

Adətən əsas vəsaitlər ləğv edilərkən onların sökülməsi nəticəsində, gələcəkdə istifadə edilə biləcək müxtəlif növ material ehtiyatları və qiymətlilər yaranır.                   

Əsas vəsaitlərin ləğv edilməsi nəticəsində yaranan material ehtiyatları müəssisə anbarına mədaxili "Malların təhvil-qəbul aktı" (Forma N MTQA-1) ilə sənədləşdirilir.

Akt müəssisə rəhbərinin əmri ilə təyin edilən komissiya tərəfindən tərtib edilir. Komissiyanın tərkibinə ən azı 3 nəfər daxil olmalıdır.

Yazı sonuncu dəfə 2019-01-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.