e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

NKA istifadəsi

Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir. (AR Vergi Məcəlləsi Maddə 13.2.24)

AR Vergi Məcəlləsi Maddə 50.7 əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri AR Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.

Vergi Məcəlləsinin 16.1.8. maddəsinə görə pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını müəyyən edilən meyarlara cavab verən və AR Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidirlər. Lakin, aşağıda qeyd edilən bəzi fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri nəğd hesablaşmaları nəzarət-kassa aparatı ilə aparmaqdan azaddırlar.

  1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
  2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
  3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
  4. qiymətli kağızların və lotereya biletlərinin satışı;
  5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;

Müəssisələr nəğd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etməli və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidirlər.

Qeyd:

Nəzarət-kassa aparatının çeki və ya qəbz (notariuslar və müştərilərin hesabları üzrə bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.



Yazı sonuncu dəfə 2019-01-12 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.