Ehiyatların anbarda uçotuAnbarda ehtiyatların uçotu ehtiyatlar üzrə "Əmlakın (qiymətlilərin) uçot kartlarında" (Forma N 1Q) və ya cəm şəklində "Aktivlər üzrə uçot kitabında" (Forma N 1U) aparıla bilər. Müəssisənin anbarlarında malların qalığı hər bir anbar və məsul şəxs üzrə ayrılıqda inventarizasiya aparılmaqla müəyyən edilir. Məsul şəxslərin maddi məsuliyyətində qalan malların miqdarı müəyyənləşdirilərkən, mədaxil və məxaric sənədləri əsasında malların mühasibat uçotu üzrə qalıqları inventarizasiya nəticəsində aşkar edilən faktiki qalıqlarla tutuşdurulur və nəticəsindən asılı olaraq, malların uçotunda düzəlişlər edilir. Ehtiyatların anbarda uçotu ilə bağlı sənədlərinin müəssisədə saxlanılması müddətləri 5 ildir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-24 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.