e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İlkin sənədlərdə səhvlərin düzəldilməsi

Müəssisənin bütün təsərrüfat əməliyyatları onları təsdiq edən ilkin uçot sənədlər ilə sənədləşdirilir. Bu sənədlər qanunvericiliyin tələblərinə uyğun doldurulmalıdır. Əks halda, misal üçün, müvafiq xərclər vergitutma məqsədləri üçün gəbul edilməyə bilərlər. Sənədlərdə olan səhvlər müxtəlif olur: rəqəmlər mexaniki olaraq düzgün yazılmır, yekun məbləğ düzgün hesablanmır, səlahiyyətli şəxsin adı düzgün yazılmır və s.

Bəs ilkin uçot sənədinin doldurulmasında səhv buraxılmişsa, o zaman, mühasib nə etməlirir? Bir çox hallarda, mühasiblər sənədlərdə səhvlərin düzəldilməsi zamanı ştrix-korrektordan istifadə edirlər. Əslində, belə etmək olmaz.

Sənədlərdə səvlərin düzəldilməsi üçün qanunvericiliyə nəzər yetirək. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları-nın 7.9 bəndinə əsasən:

7.9. İlkin uçot sənədlərində (ciddi hesabat blankları, kassa və bank sənədləri istisna olmaqla) və uçot registrlərində qeydsiz düzəlişlərə yol verilmir. Səhvlərin düzəlişi düzəlişin tarixi göstərilməklə həmin sənədi imza etmiş şəxslərin imzası ilə təsdiq edilməlidir.

Beləliklə, səhv yazılışın üzərindən nazik xətt çəkilir ki, onun altından rəqəm oxunsun, sonra düzgün məbləğ üztdən yazılır. Düzəliş, düzəlişin tarixi göstərilməklə, həmin sənədi imza etmiş şəxslərin imzası ilə təsdiq edilir

Bundan başqa, Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları-nın 2.3 bəndinə əsasən əllə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər dəqiq oxunmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidir. Qaralamalara, düzəlişlərə yol verilmiş, yararsız hala düşmüş ciddi hesabat blankları etibarsız sayılır. Əgər ciddi hesabat blankında səhv olubsa, həmin sənədin üzərinə "ləğv olunur" sözü yazılır və növbəti sənəd tərtib olunur. Ləğv olunan sənədlər ümumi sənədlərlə birgə saxlanılır.

Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.