Mükafatlandırmanın sənədləşdirilməsiMüəssisə işçilərinə əmək haqqından əlavə olaraq mükafat verə bilər. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Mükafatlar, mükafatların növləri və uçotu barədə buradan tanış ola bilərsiniz. Adətən mükafatlar "Mükafatlar barədə Əsasnamə" əsasında ödənilir. İşçilərə verilən mükafatları xərclərə aid etmək üçün Əsasnamədə aşağıdakı məlumatlar əks olunmalıdır:
Mükafatın verilməsi ilə bağlı müəssisə rəhbərinin əmri hazırlanır. Əmr bir nüsxədə insan qaynaqları və ya mühasibatlıq şöbəsinin işçisi tərəfindən hazırlanır. Əmrdə işçinin (və ya işçilərin) soyadı, adı, atasının adı, vəzifəsi, işlədikləri struktur bölmə və məkafatın məbləği qeyd edilir. Müəssisə MMC ƏMR Bakı ş. Tarix: 31.01.2019 Məhsulun yığılması sexinin rəhbəri Əliyev Sabir Həsən oğlu buraxılan məhsulların keyfiyyətinin yüksəldilməsinə görə 300 AZN manat məbləğində mükafatlandırılsın. Mükafat fevral ayında ödənlən əmək haqqının ödənilməsi zamanı verilsin. "Müəssisə" MMC-nin Direktoru Salamov D.F. ______________
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-28 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.