e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Şəxsi hesab

"Şəxsi hesab" forması qanunvericilikdə müəyyən edilməyib, və sərbəst formada tərtib edilə bilər. Lakin, bu sənəddə ilkin sənədlərdəki zəruri olan rekvizitlər olmalıdır.

"Şəxsi hesab" hər-bir işçi üçün ildə bir dəfə bir illik tərtib edilir.

Şəxsi hesaba işçinin işi barədə bütün məlumatldar daxil edilir: işə gəbul əmrinin nömrəsi və tarixi, hesablanmış əmək haqqları, məzuniyyətlərdən istifadə haqqında məlumatlar, əmək haqqından tutulmalar və s.

Şəxsi hesabların saxlanma müddəti aşağıdakı kimidir:

  1. fəhlə və qulluqçuların - 75 il «Y» EYK *
  2. təqaüd və sosial müavinət alanların (təqaüd və sosial müavinət verilməsi dayandırıldıqdan sonra) - 10 il

*Qeyd: Siyahıda konkret sənəd növlərinin qarşısında qoyulmuş «EYK» onu bildirir ki, belə sənədlərin bir hissəsi elmi-tarixi əhəmiyyətə malikdir və müəyyən edilmiş qaydada dövlət arxivinə verilir. Saxlanma müddəti 75 il — "Y" EYK göstərilmiş sənədlərin saxlanma müddəti işin kargüzarlıqda başa çatdığı anda şəxsin yaşı nəzərə alınmaqla hesablanır və "Y" hərfi ilə işarə edilir. Məsələn, hər hansı bir idarənin işçisinin şəxsi işi kargüzarlıqda onun 28 yaşı olarkən qurtarmışdırsa həmin iş 47 il saxlanmalıdır (75-28=47).

Şəxsi hesabı yükləmək.

Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.