Təşkilati sənədlərTəşkilati sənədlər, müəssisənin strukturunu, funksiyalarını və məqsədlərini müəyyən edən, onun işini təşkil edən, işçilərin və rəhbərliyin hüquq, vəzifə və məsuliyyətini müəyyən edən, bir-biri ilə əlaqəli olan kompleks sənədlərdir. Müəssisənin Strukturu və Ştat sayı Müəssisənin Nizamnaməsi əsasında Müəssisənin Strukturu və Ştat sayı hazırlanır. Sənədlərdə müəssisənin bütün struktur bölmələri, vəzifələr və hər vəzifə üçün ştat sayı müəyyən edilir. Sənəd müəssisə blankında hazırlanır, müəssisə rəhbərinin müavini tərəfindən imzalanır, müəssisənin baş mühasibi ilə razılaşdırılır və müəssisə rəhbəri tərəfindən təstiqlənir. "Müəssisənin strukturu və ştat sayı"-nı yükləmək. Müəssisənin Strukturu və Ştat sayına dəyişikliklər yalnız müəssisə rəhbərinin əmri əsasında edilir. Müəssisənin strukturu və ştat sayına dəyişikliklərin edilməsi Əmrini yükləmək. Ştat cədvəli Müəssisədə olan vəzifələr və işçi sayı, əmək haqqı fondunun göstərilməsi ilə müəssisənin Ştat cədvəlində müəyyən edilir. Müəssisədə ştat cədvəli adətən ilin əvvəlində insan qaynaqları şöbəsinin işçisi və ya mühasib tərəfindən bir nüsxədə hazırlanır. Ştat cədvəli müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Müəssisə rəhbərinin əmri forması aşağıdakı kimi ola bilər: Müəssisə MMC ƏMR Bakı ş. Tarix: 31.01.2019 Ştat cədvəli 01.02.2019 tarixinə təsdiq edilsin (cədvəl əmrə əlavə edilibdir). "Müəssisə" MMC-nin Direktoru Əliyev D.F. ______________ Ştat cədvəlinin hazırlanması müəssisələr üçün məcburi deyil və daxili idarəetmə sənədi hesab edilir. Lakin, müəssisədə işləri aparmaq üçün işçilərin sayının və əmək haqqı məsrəflərinin müəyyən edilməsində ştat cədvəlinin hazırlanması vacibdir. Ştat cədvəli müəssisənin struktur bölmələrinin rəhbərləri və Baş mühasib tərəfindən imzalanır. Ştat cədvəlinə dəyişikliklər yalnız müəssisə rəhbərinin əmri əsasında edilir. Ştat cədvəlinin nümunəvi forması ilə aşağıda tanış ola bilərsiniz:
Müəssisədaxili intizam qaydaları Müəssisədaxili intizam qaydaları - müəssisədə əmək və icra intizamı qaydalarını tənzimləyən əsas lokal normativ aktdır. Bu sənəd işçilərin işə gəbulu və işdən azad edilməsi prosedurlarını, onların iş rejimini, işçilərə tətbiq edilən mükafat və intizam tənbehləri qaydalarını özündə əks etdirir. Adətən müəssisədaxili intizam qaydalarını müəssisənin insan qaynaqları şöbəsi hazırlayır Müəssisədaxili intizam qaydaları AR Əmək Məcəlləsinə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir. Müəssisədaxili intizam qaydalarını yükləmək. Struktur bölmənin əsasnaməsi Müəssisənin tərkibinə bir neçə bölmə daxildirsə, o zaman, struktur bölmənin hər biri üçün Əsasnamə hazırlanır. Əsasnamədə struktur bölmənin hüquqi statusu, məqsədləri, fuksiyası, hüququ və vəzifələri və məsuliyyəti müəyyən edilir. Struktur bölmənin əsasnaməsinin məzmunu əsasən aşağıdakı hissələrdən ibarət olur:
Struktur bölmənin Əsasnaməsi bölmə rəhbəri tərəfindən hazırlanır və imzalanır, müəssisə rəhbərinin müavini, hüquqşunası və baş mühasibi ilə razılaşdırılır və müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Struktur bölmənin Əsasnaməsinə dəyişikliklər yalnız müəssisə rəhbərinin əmri əsasında edilir. Struktur bölmənin Əsasnaməsini yükləmək. Vəzifə təlimatları Vəzifə təlimatları müəssisənin işçilərinin təşkilati-hüquqi vəziyyətini, funksiyalarını, hüquq və vəzifələrini, məsuliyyətini, ona qarşı irəli sürülən ixtisas tələblərini müəyyən edir. Vəzifə təlimatının mətni aşağıdakı hissələrdən ibarət olur:
Vəzifə təlimatları struktur bölmənin rəhbəri tərəfindən, əgər müəssisədə struktur bölmələr yoxdursa, o zaman, bu vəzifədə çalışan mütəxəssis tərəfindən hazırlanır və imzalanır, müəssisənin hüquqşunası ilə razılaşdırılır, və müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Vəzifə təlimatı işçinin tanış olması üçün ona verili və işçi tərəfindən imzalanır. Vəzifə təlimatlarına dəyişikliklər müəssisənin restrukturizasiyası, ştatların ixtisarı və s. hallarda yalnız müəssisə rəhbərinin əmri əsasında edilir. Vəzifə təlimatları aşağıdakı hallarda mütləq dəyişdirilməli və təsdiqlənməlidir:
Normativ-hüquqi aktlar:
Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası Yazı sonuncu dəfə 2018-11-29 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.