İşçinin ezamiyyətə göndərilməsi ƏmriMüəssisə rəhbərinin tapşırığı ilə kadrlar şöbəsi işçinin ezamiyyətə göndərilməsi əmrini (sərəncamını) hazırlayır. Əmr forması aşağıdakı şəkildə olduğu kimi hazırlanır.
Doldurulmuş əmr formasını yükləyə bilərsiniz. Əmrdə ezamiyyətə göndərilən işçinin adı və soyadı, vəzifəsi, işlədiyi struktur bölməsi (şöbə, filial və s.), ezamiyyə məqsədi, ezamiyyə olundğu yer və ezamiyyə gedib və qayıtma tarixləri mütləq qeyd eilməlidir. Bundan əlavə əmrdə ezamiyyə xərclərini qarşılayan tərəf qeyd edilməldir: işçisini ezamiyyətə göndərən müəssisə, yoxsa dəvət edən tərəf. Ezamiyyə əmri müəssisə rəhbəri tərəfindən imzalanır. Ezamiyyə göndərilən işçi əmr ilə tanış olmalı və əmr ilə tanış olduğunu öz imzası ilə təsdiqləməlidir. Əmr bir nüsxədə hazırlanır və arxivdə 5 il müddətinə saxlanılmalıdır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-07-30 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.