Məzuniyyətin sənədləşdirilməsiMəzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır. İşçilərə ödənişli əsas məzuniyyət il ərzində 21 təqvim günündən az olmayaraq verilməlidir. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:
İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. İşçilərə məzuniyyət vermək üçün işəgötürən aşağıdakı sənədləri hazırlamalıdır: AR Əmək Məcəllsəinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər. İşçiyə məzuniyyət onun təqdim etdiyi Ərizə əsasında verilir. Ərizədə məzuniyyət növü və məzuniyyət dövrü qeyd edilir. Ərizə əsasında "Məzuniyyətə çıxma əmr"-i tərtib edilir. "Məzuniyyətin verilmə Əmr"-i əsasında mühasib məzuniyyət haqqını hesablamalı və məzuniyyət haqqının hesablanması vərəqini hazırlamalıdır. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Bu səbəbdən də ərizə də işçi tərəfindən 5 gün əvvəl təqdim edilməlidir. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.5 maddəsinə əsasən - vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-09-07 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.