e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sadələşdirilmiş vergi: Ümumi fəaliyyətlər

Vergi ödəyiciləri

I. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

II. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;

Vergitutma obyekti

I. Hesabat dövrü ərzində sadələşdirilmiş vergi ödəyicisi tərəfindən (AR VM-nin 218 .4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.

Vergi dərəcəsi

I. Sadələşdirilmiş vergi bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.

Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) 8 faiz dərəcə ilə hesablanır.

Misal.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan müəssisənin əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün may ayında 200.000 manatdan artıq olmuşdur. Müəssisəsi Bakı, Gəncə, Şəki, Quba və Səlyan şəhərlərində fəaliyyət göstərir. Müəssisə Bakı şəhərində qeydiyyatdadır. 2019-cu ilin ikinci rübü ərzində şəhərlər üzrə gəlirlər aşağıdakı kimi olmuşdur:

Bakı - 10 000 AZN
Gəncə - 5 000 AZN
Şəki - 3 000 AZN,
Quba - 3 000 AZN,
Səlyan - 1 000 AZN

Belə olduqda, sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanacaq:

(10 000 + 5 000 + 3 000 + 3 000 + 1 000) * 8% = 1 760 AZN.

Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Misal

İstimai iaşə (kafe) fəaliyyyəti ilə məşğul olan fərdi sahibkarın rüblük gəliri 390 000 manat (250 000 nağd, 140 000 nağdsız) təşkil etmişdir. Sadələşdirilmiş vergi və ona tətbiq edilən güzəşt aşağıdaki kimi hesablanacaqdır:

Sadələşdirilmiş vergi - güzəştsiz:
390 000 * 8% = 31 200 manat

Sadələşdirilmiş vergiyə güzəştin tətbiqi:

Nağdsız dövriyyənin xüsusi çəkisi:
140 000 / 390 000 = 0.36

Güzəşt: 31 200 (0.36 * 25%) = 2 808 manat

Ödəniləcək sadələşdirilmiş vergi:
31 200 manat - 2 808 manat = 28 392 manat

Aşağıdakı fəaliyyətlər ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi fərqli qaydada hesablanır:


Yazı sonuncu dəfə 2020-04-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.