e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sadələşdirilmiş vergi: Yaşayış, qeyri-yaşayış sahələri və torpaq sahələri satışı

Vergi ödəyiciləri

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər, həmçinin torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki və hüquqi şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.

Sadələşdirilmiş vergi aşağıda qeyd edilən hallarda hesablanmır:

  • fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;
  • vergi ödəyicisinin ailə üzvlərindən yaşayış və qeyri-yaşayış sahələrinin, həmçinin torpaq sahələrinin hədiyyə, maddi yardım və miras formasında alınması;
  • "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" AR Qanununa əsasən fiziki və hüquqi şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin, həmçinin torpaq sahələrinin dövlət tərəfindən alınması zamanı verilən kompensasiya;
  • yaşayış və qeyri-yaşayış sahələri, həmçinin torpaq sahələri ər və arvad arasında verildikdə
  • yaşayış və qeyri-yaşayış sahələri, həmçinin torpaq sahələri keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin bu şəxslərin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq, həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı mənzilin 30 kvadratmetrədək olan hissəsi üçün sadələşdirilmiş vergi hesablanmır.

Misal

Fiziki şəxs mülkiyyətində olan Bakı şəhərində yerləşən (2-ci zona) 2 il ərzində qeydiyyatda olduğu 75 kv.metr sahəsi olan evini digər bir fiziki şəxsə satır. Verilən şərtlərə əsasən, sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanacaq:

(75 - 30) * 3 * 15 manat = 2 025 manat

Vergitutma obyekti

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, həmçinin torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri, həmçinin torpaq sahələri vergitutma obyektidir.

Sadələşdirilmiş verginin hesablanması və dərəcələri

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi hər kvadratmetri üçün 15 manat olmaqla hesablanır. Hesablama zamanı, yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazıdən asılı olaraq, baza məbləği müvafiq zonaya aid əmsala vurulur.

Bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə birinci zona üçün 4.0, ikinci zona üçün 3.0, üçüncü və dördüncü zonalar üçün 2.2, beşinci və altıncı zonalar üçün 1.8, yeddinci, səkkizinci və doqquzuncu zonalar üçün 1.5, onuncu, onbirinci və onikinci zonalar üçün 1.2.

Tikilən bina Gəncə, SumqayıtXırdalan şəhərlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə - 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə – 1.2, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, - 0.5 əmsalları tətbiq olunur.

Qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi əlavə olaraq 1.5 əmsalına vurulur.

Torpaq sahələrinin təqdim edilməsi

Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər üçün sadələşdirilmiş vergi aşağıda qeyd edilən torpaq sahələrinin

  • Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar
  • Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar

hər kvadratmetri üçün 0,5 manat olmaqla, aşağıdakı kimi hesablanır:

Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər üçün kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi AR Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır.

AR Vergi Məcəlləsi. Maddə 206.1-1.

206.1-1. AR Kənd Təsərrüfatı Nazirliyi, AR Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkan torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur.

Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə AR Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq ("Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri"), aşağıdakı əmsallar tətbiq olunur:

Zonalar

Bina tikintisi fəaliyyətinin faktiki həyata

keçirildiyi (binanın faktiki yerləşdiyi, habelə torpaq sahəsinin yerləşdiyi)

ərazi üzrə əmsal

1

4,0

2

3,0

3,4

2,2

5,6

1,8

7,8,9

1,5

10,11,12

1,2

Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,5;

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,2;

Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5.

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqları təqdim edən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsinin ikinci abzası ilə hesablanmış məbləğə Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində 1,5 əmsal, Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində 1,3 əmsal, Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,2 əmsal və digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 1,1 əmsal tətbiq edilməklə hesablanır.

Sadələşdirilmiş verginin hesablanması və ödənilməsi

Vergi notarius tərəfindən hesablanır və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir. Bir sözlə desək notarius vasitəsilə aparılan əməliyyatlar üzrə verginin hesablanması və verginin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti notarius daşıyır. Notarius vergi məbləğini birbaşa olaraq əməliyyat zamanı satıcıdan tutur. Notarius hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq AR Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.

Kalkulyatorlar

Daşınmaz əmlak satışından verginin hesablanması kalkulyatoru


Yazı sonuncu dəfə 2020-03-16 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.