e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mədən vergisi: Vergi dərəcələri

Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyənləşdirilir:                     

Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı Mədən vergisinin dərəcələri (faizlə)
Xam neft26
Təbii qaz20
Filiz faydalı qazıntıları:
- bütün növ metallar
3

Vergitutma məqsədləri üçün topdansatış qiyməti dedikdə, vergi ödəyicisinin çıxardığı faydalı qazıntılar üçün müəyyən etdiyi (əlavə dəyər vergisiz) faktiki buraxılış (satış) qiyməti (bazar qiymətlərindən aşağı olmayan), bu qiymətlər dövlət tərəfindən müəyyən edildikdə isə tənzimlənən qiymətlər nəzərdə tutulur

Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:

Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı Mədən vergisinin dərəcələri(manatla)
Qeyri-filiz faydalı qazıntıları: 
- seolit1,0
- barit1,0
- mişar daşları2,0
- çınqıl xammalı1,0
- yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər1,0
- bentonit gilləri1,0
- kərpic-kirəmit gilləri1,0
- vulkan külü və pemza1,0
- kvars qumları1,0
- tikinti qumları1,0
- sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)1,0
- üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı)1
- qiymətli və yarımqiymətli bəzək daşları6
- duz6
- yodlu bromlu sular0,04
- mineral sular10
Misal

"A" MMC Quba rayonu ərazisində noyabr ayı ərzində 100 kub metr çınqıl xammalı çıxarmışdır. Bu halda noyabr ayı üzrə yerli büdcəyə ödənilməli olan mədən vergisinin məbləği 100 manat (100 kub.metr x 1 manat) təşkil edəcəkdir.


Misal

"B" MMC Abşeron rayonu ərazisində oktyabr ayında 50 kub metr vulkan külü və 200 kub metr tikinti qumu hasil etmişdir. Bu halda tikinti qumlarına görə hesablanmış 200 manat (200 kub.metr x 1 manat) mədən vergisi yerli büdcəyə, vulkan külünə görə hesablanmış 50 manat (50 kub.metr x 1 manat) isə dövlət büdcəsinə ödənilir. Bələdiyyəyə verilən bəyannamədə yalnız tikinti qumları üzrə mədən vergisinin hesablanması göstərilir.

Mədən vergisi yerin təkindən çıxarılmış xam neft, təbii qaz və bütün növ metalların topdansatış qiymətinə, yerin təkindən çıxarılmış digər faydalı qazıntıların isə hər kubmetrinə yuxarıdakı cədvəllərdə qeyd olunan dərəcələri tətbiq etməklə hesablanır.

Xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı Nazirlər Kabineti tərəfindən 12.01.2001-ci il tarixli 11 nömrəli Qərarı "Hasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma Normativləri" ilə müəyyən edilən normativlər əsasında çıxılır.

Texnoloji proses ilə bağlı neft və qazın quyuya geri vurulma normativləri.

Təşkilatın adıÖlçü vahidiNeftQaz
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətifaiz(%)2,120,9
o cümlədən:
Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyifaiz(%)1,4720,7
Quruda Neft və Qazçıxarma İstehsalat Birliyifaiz(%)5,3524,45
Misal

2010-cu ilin iyun ayında ARDNŞ tərəfindən 750 767 ton xam neft və 798 482 932 m³ təbii qaz hasil edilmişdir. Texnoloji proseslə əlaqədar normativ nəzərə alındıqdan sonra hasilat aşağıdakı kimi olacaq:
750 767 - 2,1% = 735 000 ton xam neft və
798 482 932 - 20,9% = 631 600 000 m³ təbii qaz hasil edilmişdir.
Nəzərə alsaq ki, xam neftin 1 tonun qiyməti 459 AZN-dir, təbii qazın qiyməti isə hər 1000m³ üçün 42 AZN təşkil edir, o zaman mədən vergisi aşağıdakı kimi olmalıdır:
735 000 * 459 * 26% = 87 714 900 AZN
631 600 * 42 * 20% = 5 305 440 AZN təşkil edəcəkdir.
Qeyd: göstəricilər ARDNŞ saytından götürülmüşdür.



Yazı sonuncu dəfə 2019-04-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.