e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yol vergisi: Vergitutma obyekti

Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

Beləliklə, yol vergisinin vergitutma obyektləri aşağıdakılardır:

  • AR-ın ərazisinə daxil olan və AR-nın ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri
  • AR-nın ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və AR-nın ərazisinə idxal edilən
    • avtomobil benzini,
    • dizel yanacağı və
    • maye qaz


Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 210

Yazı sonuncu dəfə 2018-07-18 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.