e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri

Məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri - özünü və ya başqasını sosial sığortaedən şəxslərdir. Bu şəxslər (sığortaedənlər) aşağıdakılar ola bilərlər:

  • Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri,
  • seçkili orqanlar,
  • dövlət orqanları,
  • özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər).

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri hesab olunurlar.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olub özü-özlərini sığortaedən fiziki şəxslər - əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə etməyərək fəaliyyətlərini müstəqil surətdə öz riski ilə həyata keçirən və əsas məqsədi mənfəət əldə edilməsi olan fiziki şəxslərdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olub əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə edən fiziki şəxslər sığortaedənlər hesab olunur.

"Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 25 oktyabr tarixli 2458 nömrəli Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir.

Buna müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə Dövlət Sosial Müdafiə Fondu orqanlarında uçotu AR Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar. Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar.

Yazı sonuncu dəfə 2018-12-29 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.