e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergitutmanın formaları

AR Vergi Məcəlləsində 3 vergitutma forması nəzərdə tutulub:

  1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);
  2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);
  3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).

Bəyannamə üzrə verginin tutulması

Bəyannamə üzrə verginin tutulmasında nəzərdə tutulur ki vergi ödəyicisi müəyyən edilmiş vaxta gədər vergi orqanlarına öz gəlirləri barədə bəyannamə tədim etməlidir.

Bəyannamədə əldə edilmiş gəlirlər, çəkilmiş xərclər, gəlirlərin mənbəyi, vergi güzəştləri, və verginin hesablanması və ödənilməsi barədə məlumat verilir.

Bu növ vergilərə aiddir, misal üçün: hüququ şəxslərin mənfəət vergisi, sadələşdirilmiş vegi, sahibkar fiziki şəxslərin gəlir vergisi və s.

Ödəmə mənbəyindən verginin tutulması

Əgər bəyannamə üzrə verginin tutulması zamanı əvvəl gəlir əldə edilir, sonra isə vergi tutulursa, ödəmə mənbəyində verginin tutulmasında bu ardıcıllıq dəyişir. Vergi ödəyicisi, mühasibatlıq tərəfindən vergi tutulandan sonra gəlir əldə edir. Vergi ödəyicisi üçün bu məcburi avtomatik tutulmadır.

Verginin hesablanması, tutulması və dövlət büdcəsinə köçürülməsi məsuliyyət vergi agenti üzərinə qoyulur.

Bu növ vergilərə aiddir, misal üçün, fiziki şəxslərin gəlir vergisi.

Bildiriş üzrə verginin tutulması

Bu cür vergitutma formasının mahiyyəti ondan ibarətdir ki, vergi orqanı Vergi Məcəlləsində müəyyən edilmiş hallarda vergini hesablayır və vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərir.

Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir:

  • vergi ödəyicisinin adı və ya obyektin adı;
  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
  • bildirişin tarixi;
  • bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri;
  • verginin növü, hesablanmış verginin və faizlərin məbləği;
  • verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri;
  • verginin ödənildiyi yer və üsul;
  • verginin hesablanmasına əsas olmuş hallar;
  • şikayət etmə qaydası.

Bu növ vergilərə aiddir, misal üçün, fiziki şəxslərin əmlak vergisi.

Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 5, 84

Yazı sonuncu dəfə 2018-09-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.