e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gömrük ödənişləri

Əgər müəssisə malların(xidmətlərin, işlərin) idxalı və ya ixracı ilə məşğuldursa, o zaman, müəssisə gömrük ödənişləri etməli olacaqdır.

Gömrük ödənişləri — müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.

Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda aşağıdakı gömrük ödənişləri alınır:

  1. gömrük rüsumu;
  2. əlavə dəyər vergisi;
  3. aksizlər;
  4. yol vergisi;
  5. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən lisenziyaların verilməsi və lisenziyaların fəaliyyətinin bərpa edilməsinə görə dövlət rüsumu;
  6. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;
  7. gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;
  8. malların saxlancına görə gömrük yığımları;
  9. malların gömrük müşayiətinə görə gömrük yığımları;
  10. məlumatlandırma və məsləhətverməyə görə haqq;
  11. ilkin qərarların qəbuluna görə haqq;
  12. gömrük auksionlarında iştirak etməyə görə haqq;
  13. beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsinə görə dövlət rüsumu;
  14. digər gömrük ödənişləri.

Gömrük ödənişlərinin hesablanması üçün malların gömrük dəyərindən istifadə edilir.

Yazı sonuncu dəfə 2018-12-20 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.