e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gəlirlər

Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir.

Satışdankənar gəlirlər — digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri.

Qeyd: bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Beləliklə, ümumi gəlir malların (işlərin, xidmətlərin), əsas vəsaitlərin və müəssisənin sair əmlakının təqdim edilməsindən əldə olunan gəlir və satışdankənar gəlirlərin cəmidir.

Lakin, aşağıda sadalananlar gəlirə aid edilə bilməz:

  • Faktiki olaraq istehlakçı tərəfindən ödənilən ƏDV, Aksiz və sair analoji məcburi ödəmələrin məbləği
  • Komissiya, vəkalətnamə, agentlik və sair analoji müqavilələr üzrə komitentin, vəkalətalanın, prinsipalın xeyriə olan daxilolmalar
  • Öncədən ödəmə və ya avans şəklində alınan məbləğlər
  • Kredit və ya borc şəklində əldə edilən vəsaitlər
  • Şirkət tərəfindən keçmişdə verilən kreditlərin və ya borcların qaytarılması zamanı alınan vəsaitlər
  • iştirakçıların paylarının, aksiyaların ödənilməsi şəklində və ya nizamnamə kapitalına qoyuluş şəklində əldə edilən vəsaitlər
  • Şirkətin hesablaşma hesabına məqsədli maliyyələşmə şəklində və ya üçüncü şəxslər tərəfindən məqslədli qoyuluşlar (məsələn, qrantlar, işçilərə dövlət müavinətlərin verilməsi üçün köçürülən vəsaitlər və s.)
  • Maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı olmayan və müəssisənin mülkiyyətinə keçməyən sair daxilolmalar

Şirkətin bütün gəlirlərini 4 əsas qrupa bölmək olar

  1. Malların (işlərin, xidmətlərin)təqdim edilməsindən əldə olunan gəlir.
  2. Əsas vəsaitlərin təqdim edilməsindən əldə olunan gəlir.
  3. Material ehtiyatlrının, valyutanın və sair aktivlərin (mallar, hazır məhsul və əsas vəsaitlərdən başqa) təqdim edilməsindən əldə olunan gəlir.
  4. Satışdankənar gəlirlər. Onlara aiddir:
    • digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər;
    • əmlakın icarəyə verilməsindən əldə olunan gəlir (əgər bu fəaliyyət müəssisənin əsas fəaliyyətinə aid deyilsə);
    • qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri.
    • keçmiş illərdə ümidsiz borc kimi silinmiş, debitor borclardan daxilolmalar;
    • cari ildə aşkar edilmiş keçən illin mənfəəti;
    • xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi;
    • cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ;
    • mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatan götürülən digər gəlirlər.

Bundan başqa, AR Vergi Məcəlləsinin 66-cı maddəsində, qeyri-qanuni gəlir anlayışı verilibdir:

Qeyri-qanuni gəlir - qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir.

Yazı sonuncu dəfə 2019-12-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.