e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə məsuliyyət

Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət

Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması AR Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İnzibati cərimələr və cinayət məsuliyyəti

Sığortaedənlər AR İnzibati Xətalar Məcəlləsinin 460-ci maddəsinə əsasən aşağıda göstərilən hüquq pozuntularına görə inzibati məsuliyyətə cəlb olunurlar:

Maddə 460. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma

Az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə -

inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək məbləğdə cərimə edilir.

Qeyd:

1. Bu maddədə "az miqdar" dedikdə, 20 000 manatdan yuxarı olmayan məbləğ başa düşülür.

2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Sığortaedənlər AR Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən aşağıda göstərilən hüquq pozuntularına görə cinayət məsuliyyətinə cəlb olunurlar:

Maddə 213. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma

213.1. Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma –

cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213.2. Eyni əməllər:

213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

213.2.2. külli miqdarda törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

213.3. Bu Məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə —

3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 mislindən 5 mislinədək miqdarda cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd:

Bu maddədə "xeyli miqdar” dedikdə, 20 000 manatdan yuxarı, lakin 100 000 manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 100 000 manatdan yuxarı, lakin 500 000 manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə 500 000 manatdan yuxarı olan məbləğ başa düşülür.



Yazı sonuncu dəfə 2019-11-22 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.