e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yerli əhəmiyyətli tikinti materialları uzrə mədən vergisi

Azərbaycan Respublikasının ərazisində yerin təkindən çıxarılan yerli əhəmiyyətli tikinti materialları mədən vergisinin vergitutma obyektidir.

Yerli əhəmiyyətli tikinti materiallarına aiddir:

  • kərpic-kiramid gilləri,
  • tikinti qumları,
  • çınqıl xammalı.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin dərəcəsi hər kubmetr üçün 1 manat təşkil edir.

Hesabat ayı üçün yerli əhəmiyyətli tikinti materialları üzrə hesablanmış mədən vergısinin məbləği, həmin materialların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq müvafiq ərazinin bələdiyyə büdcəsinə ödənilir.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin ödəyiciləri hər hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq AR Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş formaya (Metodiki Vəsaitə əlavə 7) uyğun olaraq tərtib edilmiş mədən vergisinin bəyannaməsini müvafiq ərazinin bələdiyyəsinə verirlər.

Misal

"A" MMC Quba rayonu ərazisində noyabr ayı ərzində 100 kub metr çınqıl xammalı çıxarmışdır. Bu halda noyabr ayı üzrə yerli büdcəyə ödənilməli olan mədən vergisinin məbləği 100 manat (100 kub.metr x 1 manat) təşkil edəcəkdir.


Misal

"B" MMC Abşeron rayonu ərazisində oktyabr ayında 50 kub metr vulkan külü və 200 kub metr tikinti qumu hasil etmişdir. Bu halda tikinti qumlarına görə hesablanmış 200 manat (200 kub.metr x 1 manat) mədən vergisi yerli büdcəyə, vulkan külünə görə hesablanmış 50 manat (50 kub.metr x 1 manat) isə dövlət büdcəsinə ödənilir. Bələdiyyəyə verilən bəyannamədə yalnız tikinti qumları üzrə mədən vergisinin hesablanması göstərilir.



Yazı sonuncu dəfə 2019-04-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.