e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yol vergisi: Vergi ödəyiciləri

Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Beləliklə, AR avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləri:

  • AR-nın ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər;
  • AR-nın ərazisində aşağıdakı məhsulların istehsalı və ya idxalı ilə məşğul olan şəxslər:
    • avtomobil benzini,
    • dizel yanacağı və
    • maye qaz.


Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 209

Yazı sonuncu dəfə 2018-09-26 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.