e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yol vergisi: Vergi dərəcələri

Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, AR-nın ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi cəkisindən, AR ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq, AR-nın ərazisinə daxil olan və AR-nın ərazisini tərk edən xarici dövlətlərin avtonəqliyyat vasitələrindən, habelə AR-nın ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və AR-nın ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:

A. AR-nın ərazisinə daxil olan və AR-nın ərazisini tərk edən xarici dövlətlərin avtonəqliyyat vasitələri

AR-nın ərazisinə daxil olan və AR-nın ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrindən:

  • minik avtomobilləri üçün mühərriklərinin həcmindən və AR-nın ərazisində qaldığı müddətdən asılı olaraq:
    Ölkə ərazisində qaldığı müddət Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda
    1 aya qədər15 ABŞ dolları20 ABŞ dolları40 ABŞ dolları
    3 aya qədər30 ABŞ dolları40 ABŞ dolları60 ABŞ dolları
    1 ilə qədər40 ABŞ dolları80 ABŞ dolları120 ABŞ dolları
    1 ildən yuxarı40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları80 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları

    Misal

    Gürcüstan vətəndaşı mühərrikinin həcmi 1600 kub santimetrədək olan şəxsi avtomobili ilə Azərbaycan Respublikasının ərazisinə 3 gün müddətinə daxil olmuşdur. Belə olduqda, xarici vətəndaş AR gömrük ərazisinə daxil olan zaman 15$ məbləğində yol vergisi ödəməlidir.


  • avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
    Ölkə ərazisində qaldığı müddət Oturacaq yerlərinin sayı 12-dək olanda Oturacaq yerlərinin sayı 13-dən 30-dək olanda Oturacaq yerlərinin sayı 31 və çox olanda
    1 gün üçün15 ABŞ dolları20 ABŞ dolları25 ABŞ dolları
    1 həftəyədək30 ABŞ dolları40 ABŞ dolları50 ABŞ dolları
    1 aya qədər100 ABŞ dolları140 ABŞ dolları175 ABŞ dolları
    3 aya qədər300 ABŞ dolları400 ABŞ dolları500 ABŞ dolları
    1 ilə qədər1050 ABŞ dolları1400 ABŞ dolları1750 ABŞ dolları
    1 ildən yuxarı1050 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 12 ABŞ dolları1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları1750 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 20 ABŞ dolları
    Misal

    Xarici dövlətə məxsus 36 oturacaq yeri olan sərnişin avtobusu, Azərbaycanda 30 gün ərzində qalacaqsa AR gömrük ərazisinə daxil olan zaman 175$ məbləğində yol vergisi ödəməlidir.


  • yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
    Ölkə ərazisində qaldığı müddət 4 (dörd) oxa qədər olanda 4 (dörd) ox və çox olanda
    1 gün üçün20 ABŞ dolları30 ABŞ dolları
    1 həftəyədək40 ABŞ dolları80 ABŞ dolları
    1 aya qədər140 ABŞ dolları280 ABŞ dolları
    3 aya qədər400 ABŞ dolları800 ABŞ dolları
    1 ilə qədər1400 ABŞ dolları2800 ABŞ dolları
    1 ildən yuxarı1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları
  • Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.
  • Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçvəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.
Yuxarıda göstərilən verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:
    nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
  • 38 tondan 41 tonadək olduqda — 0,15 ABŞ dolları;
  • 41 tondan 51 tonadək olduqda — 0,30 ABŞ dolları;
  • 51 tondan 61 tonadək olduqda — 0,45 ABŞ dolları;
  • 61 tondan 71 tonadək olduqda — 0,60 ABŞ dolları;
  • 71 tondan 81 tonadək olduqda — 0,75 ABŞ dolları;
  • 81 tondan çox olduqda — 1,8 ABŞ dolları;
Təhlükəli yüklərin daşınmasına görə bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği aşağıdakı qədər artırılır:
Ölkə ərazisində qaldığı müddət 4 oxa qədər olduqda 4 ox və çox olduqda
az təhlükəli yüklər üçün təhlükəli yüklər üçün xüsusi təhlükəli yüklər üçün az təhlükəli yüklər üçün təhlükəli yüklər üçün xüsusi təhlükəli yüklər üçün
1 gün üçün 20 ABŞ dolları 40 ABŞ dolları 80 ABŞ dolları 30 ABŞ dolları 60 ABŞ dolları 120 ABŞ dolları
2 həftəyədək 40 ABŞ dolları 80 ABŞ dolları 160 ABŞ dolları 80 ABŞ dolları 160 ABŞ dolları 320 ABŞ dolları
1 aya qədər 140 ABŞ dolları 280 ABŞ dolları 560 ABŞ dolları 280 ABŞ dolları 560 ABŞ dolları 1120 ABŞ dolları
3 aya qədər 400 ABŞ dolları 800 ABŞ dolları 1600 ABŞ dolları 800 ABŞ dolları 1600 ABŞ dolları 3200 ABŞ dolları
1 ilə qədər 1400 ABŞ dolları 2800 ABŞ dolları 5600 ABŞ dolları 2800 ABŞ dolları 5600 ABŞ dolları 11200 ABŞ dolları
1 ildən yuxarı 1400 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları 2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları 5600 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları 2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları 5600 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları 11200 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 120 ABŞ dolları

Müvafiq dövlət standartları "Təhlükəli yüklər. Təsnifatı. Təhlükə nişanları" üzrə tələblərə müvafiq olaraq təhlükəli yüklərə — daşınma, yükləmə, boşaltma işləri və saxlama zamanı partlayışa, yanğına, yaxud nəqliyyat vasitələrinin, anbarların, qurğuların, bina və tikililərin zədələnməsinə, həmçinin insan və heyvanların məhvinə, xəsarət almasına, zəhərlənməsinə, yanıqlar almasına və ya xəstələnməsinə səbəb olan maddə və əşyalar aid edilir.

Təhlükəli yüklər aşağıdakı siniflərə bölünür:
1-ci sinif — partlayıcı maddələr;
2-ci sinif — təzyiq altında sıxılmış, maye halına salınmış, həll olunmuş qazlar;
3-cü sinif — tez alışan mayelər;
4-cü sinif — tez alışan maddə və materiallar;
5-ci sinif — oksidləşən məmulatlar və üzvü peroksid;
6-cı sinif — zəhərləyici (toksik) maddələr;
7-ci sinif — radioaktiv və yoluxdurucu maddələr;
8-ci sinif — aşındırıcı və yeyici maddələr;
9-cu sinif — digər təhlükəli yüklər.

Misal

İran dövlətinə məxsus 4 oxlu yük avtomobili Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Ümumi çəkisi 55 ton olan yük avtomobili ölkə ərazisində 2 gün qalmaqla 700 km qət etməlidir. Daşıdığı yük az təhlükəli hesab edilir. Belə olduqda, yol vergisi aşağıdakı kimi hesablanacaq:

1) Oxların sayına və AR ərazisində qaldığı müddətə görə - 80$

2) Daşınan yük az təhlükəli olduğu üçün oxların sayına və AR ərazisində qaldığı müddətə görə məbləğ 80$ məbləğində artırılır

3) Ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə AR ərazisində qət edilən yolun hər kilometri üçün artırılan məbləğ - 700 *0,45$ = 315$

Cəmi: 80$ + 80$ + 315$ = 475$ təşkil edəcəkdir.



B. AR-nın ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və AR-nın ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satilan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satilan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.

Yazı sonuncu dəfə 2019-08-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.