e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Aksizin bəyan edilməsi və ödənilməsi

Aksizin bəyan edilməsi

Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. İstehsalçılar hesabat dövrü olan hər hesabat ayı üçün mövcud olmuş vergi tutulan əməliyyatlar barədə bəyannaməni növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər. Hesabat ayı ərzində vergi tutulan əməliyyat olmadıqda vergi orqanına müvafiq arayış forması təqdim olunmalıdır.

Vergi ödəyicisinin ləğvi (onun fəaliyyətinə xitam verilməsi) zamanı hesabat ayının əvvəlindən fəaliyyəti dayandırılan günə qədər olan dövrü əhatə edən bəyannamə vergi orqanına növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində təqdim olunmalıdır.

İdxalçılar idxal edilən malları gömrük qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarında bəyan edirlər. Əks təqdirdə, yəni ödəniş aparmadıqda ödəyicinin malları istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur. Malların idxalı zamanı aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.

Aksizin ödənilməsi

İstehsalçılar hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizləri növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Ödəyicinin aksizin ödənişi üzrə borcu olduqda, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər sözügedən əməliyyatların aparıldığı vaxt ödənilir.

Vergi ödəyicisi bəyannaməni hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq göndərməlidir.

Yazı sonuncu dəfə 2026-05-13 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.