e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gəlirin dəqiqləşdirilməsi

Fiziki şəxsin aldığı və Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş

  • dividend,
  • faiz,
  • icarə haqqı,
  • royalti,
  • daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər və
  • idman mərc oyunlarından əldə edilən uduşlar
bir daha vergiyə cəlb edilmir.

Ödəmə mənbəyində dividenddən vergi tutulması

Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən AR Vergi Məcəlləsinin 122.1 maddəsinə əsasən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

Ödəmə mənbəyində faizlərdən vergi tutulması

Faizlərin faktiki sahibi fiziki şəxsdirsə, AR Vergi Məcəlləsinin 123.1-ci və 123.4-cü maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmuş faizlər həmin fiziki şəxslərə ödənildikdən sonra onlardan bir daha vergi tutulmur.

Ödəmə mənbəyində icarə haqlarından və royaltidən vergi tutulması

İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən AR Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14% dərəcə ilə vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergi tutumuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

İdman mərc oyunlarından əldə edilən uduşlar

İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlardan (mükafatlardan) ödəmə mənbəyində vergi tutumuşdursa və ya onun ödəmələri verən şəxs tərəfindən ödənilmişdirsə, bu gəlirlərdən birdaha vergi tutulmur.

Misal.

Fiziki şəxsin illik gəliri 53 000 AZN təşkil etmişdir. Bu gəlirə daxildir

  • 25 000 AZN - xidmətlərin göstərilməsi,
  • 3 500 AZN - dividend,
  • 1 500 AZN - idman mərc oyunlarından əldə edilən uduşlar,
  • 3 000 AZN - royalti,
  • 20 000 AZN daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlir.

Dividenddən, royaltidən, uduşlardan və daşınmaz əmlakın təqdim edilməsindən ödəmə mənbəyində vergi tutulmuşdur. Belə olduqda, dəqiqləşdirilmiş gəlir olacaqdır: 25 000 AZN (53 000 - 3 500 - 1 500 - 3 000 - 20 000).



Yazı sonuncu dəfə 2019-01-12 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.