Aksiz vergisi: Verginin hesablanması
Respublikada istehsal olunan mallar üzrə vergi dərəcələri
- içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, qəlyan və onların əvəzedicilərinə tətbiq edilən aksiz dərəcələri:
| * içməli spirt (o cümlədən denaturlaşdırılmamış etil spirti) |
hər litrinə 5 manat |
| araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları | hər litrinə 5 manat |
| konyak və konyak materialları |
hər litrinə 5 manat |
| şampan şərabı | hər litrinə 20 qəpik |
| şərablar və şərab materialları | hər litrinə 20 qəpik |
| pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər | hər litrinə 40 qəpik |
| siqarilla (nazik siqarlar) - | 1000 ədədinə 55,0 manat; |
| * tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri | 1000 ədədinə 55 manat. |
| * energetik içkilər | hər litrinə 3,3 manat |
| siqarlar, o cümlədən ucları kəsilən siqarlar | hər bir ədədinə 1,0 manat |
| * tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) | hər litrinə 50 qəpik |
| * qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri | hər kiloqramına 22,0 manat |
| * istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər | hər kiloqramına 162,0 manat |
| * alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar | 1 000 ədədinə 25,50 manat |
| qəlyan və onların əvəzediciləri | hər bir ədədinə 2 manat |
| * Cədvəldə qeyd olunan mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanır. |
- neft məhsullarının 1 tonu üçün tətbiq edilən aksiz dərəcələri:
| Neft məhsullarının adı | Aksiz vergisinin dərəcəsi (faizlə) |
| Avtomobil benzini Aİ-95 | 64.00 |
| Avtomobil benzini Aİ-92 | 42.50 |
| Avtomobil benzini Aİ-80 | 66.00 |
| Dizel yanacağı | 18.30 |
| Ağ neft (KO-20) | 32.00 |
| Reaktiv mühərrik yanacağı | 9.00 |
| Nafta (ilkin emal benzini) | 13.00 |
| Maye qaz | 22.00 |
| Qaz benzini | 37.00 |
| Mühərrik yanacağı DT-36 | 24.00 |
| Mühərrik yanacağı DT-20 | 31.00 |
| Soba mazutu | 3.00 |
| Mühərrik yağları - M-12VB, M-14V2 | 52.00 |
| Sənaye yağları İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ- 30V | 72.00 |
| Turbin yağları T-22, T-30, T-46 | 39.00 |
| Transformator yağı T-1500 | 54.00 |
| Digər yağlar AK-15, S-11, XM-6, K-12, K-19,VM-4 | 56.00 |
| Kokslar KT-A, KT-T | 19.00 |
| Koks KT-Q | 18.00 |
| Bitum BN 60/90, BNB – 60/70 | 11.00 |
| Bitum MQO | 34.00 |
| Bitum BNV, BNB–70/30, BNB–85/25 | 31.00 |
- minik avtomobilləri, istirahət və ya bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcəsi onların mühərrikinin həcminin hər kub santimetrinə görə 0 manat təşkil edir.
Respublikaya idxal olunan mallar üzrə vergi dərəcələri
- avtobusların (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) və minik avtomobillərinin mühərrikinin həcminə mütənasib olaraq və istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə tətbiq edilən aksiz dərəcələri:
| Mühərrikin həcmi | Aksizin dərəcəsi |
| Minik avtomobilləri: |
| 2 000 sm3-dək olduqda | hər 1 sm3 0,30 manat |
| 3 000 sm3-dək olduqda | 600 manat + mühərrikin həcminin 2 001-3 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 5 manat |
| 4 000 sm3-dək olduqda | 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 manat |
| 5 000 sm3-dək olduqda | 18 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat |
| 5 000 sm3-dən çox olduqda | 53 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 70 manat |
| İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr | Mühərrikin həcminin hər kubsantimetrinə görə - 6 manat |
| mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə: |
| - mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda | 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat |
| - mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda | 20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat |
| - mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda | 60600 manat + mühərrikin həcminin 5000
kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat |
| Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2,0 yüksəldici əmsal tətbiq edilməklə hesablanır. |
| * Avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla): |
| 4 000 sm3-dək olduqda | hər 1 sm3 2 manat |
| 6 000 sm3-dək olduqda | 8000 manat + mühərrikin həcminin 4 001 - 6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat |
| 8 000 sm3-dək olduqda | 16000 manat + mühərrikin həcminin 6 001 - 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 6 manat |
| 10 000 sm3-dək olduqda | 28 000 manat + mühərrikin həcminin 8001 - 10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat |
| 10 000 sm3-dən çox olduqda | 44 000 manat + mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 10 manat |
| * Azərbaycan Respublikasına idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz cədvəldə göstərilən dərəcələrə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. |
| Motosikletlər: |
| 125 sm3-dək olduqda | hər 1 sm3 20 qəpik |
| 500 sm3-dək olduqda | 25 manat + 126-500 sm3 hissəsi üçün hər 1 sm3 40 qəpik |
| 500 sm3-dən çox olduqda | 175 manat + 500 sm3-dən çox olan hissəsi üçün hər 1 sm3 50 qəpik |
| Kvadrisikllər: |
| hər 1 sm3 görə | 50 qəpik |
- idxal olunan platinin hər qramına görə - 4,0 manat;
- idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:
| 1000 çəki vahidində qızılın miqdarı | Aksizin dərəcəsi |
| 375 | 1.5 manat |
| 500 | 2 manat |
| 585 | 2.4 manat |
| 750 | 3 manat |
| 958 | 5 manat |
| 999 | 6 manat |
- idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:
- almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;
- almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:
| Çəki (karat) | Aksizin dərəcəsinin əmsalı |
| < 1 karat | 400 manat * faktiki çəki |
| 1-2 karat | 2 * 400 manat * faktiki çəki |
| 2-3 karat | 3 * 400 manat * faktiki çəki |
| 3-4 karat | 4 * 400 manat * faktiki çəki |
| 4-5 karat | 5 * 400 manat * faktiki çəki |
| >5 karat | 10 * 400 manat * faktiki çəki |
Misal.
0.5 karatlıq (< 1 karat) almaza görə ödəniləcək aksiz:
0.5 karat * 400 manat = 200 manat
3.3 karatlıq almaza görə ödəniləcək aksiz:
4 * 400 * 3.3 = 5 280 manat
4.7 karatlıq almaza görə ödəniləcək aksiz:
5 * 400 * 4.7 = 9 400 manat
- idxal olunan xəz-dəri məmulatlarının topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi.
- idxal olunan mobil cihazların hər bir ədədinə 20 manat.
- digər aksizli mallara tətbiq olunan aksiz dərəcələri Nazirlər Kabinetinin müvafiq Qərarları ilə tənzimlənir.
İxracın vergiyə cəlb edilməsi.
Malların ixracı — gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.
Aksizli malların ixracı 0 (sıfır) dərəcəsi ilə vergiyə cəlb olunur.
Təkrar ixrac zamanı aksizin qaytarılması.
Malların təkrar ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.
Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz malların idxal vaxtı (tütün məmulatları və onların əvəzedicilərinə, qəlyan və onların əvəzedicilərinə münasibətdə həmin mallar üçün məcburi nişanın alındığı vaxt) ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır.
Yazı sonuncu dəfə 2026-05-13 tarixində yenilənib.
|