e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi

Aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.

Ödənilmiş aksizin əvəzləşdirilməsi və ya geri qaytarılması üçün vergi ödəyicisi vergi orqanına aksizin ödənildiyini təsdiq edən elektron qaimə-fakturasını və ya müvafiq idxal sənədlərini təqdim etməlidir.

Artıq ödənilən verginin məbləği sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində qaytarılır.

Əvəzləşdirmə üçün ərizə aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə vergi orqanına verilir.

Onu da qeyd etmək lazımdır ki, ƏDV-dən fərqli olaraq, aksiz vergisinin əvəzləşdirilməsi və ya geri alınması üçün ödənişin nağd və ya nağdsız qaydada aparılmasının fərqi yoxdur.

Misal.

Müəssisə may ayında araq istehsal etmək üçün 3 000 litr spirt almışdır. Alınmış spirtə görə müəssisə elektron qaimə-faktura üzrə 3 000 * 2 = 6 000 manat aksiz vergisi ödəmişdir

May ayında müəssisə aldığı spirtdən 5 000 litr araq (vodka) istehsal edib, istehsal binasının hüdudlarından kənara çıxarmışdır. Hesablanmış aksiz vergisi olacaqdır:

5 000 * 2 = 10 000 manat

Belə olduqda, müəssisə tərəfindən may ayı üzrə büdcəyə ödənilməli olan aksiz vergisi:

10 000 - 6 000 = 4 000 manat təşkil edəcəkdir.



Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi, Maddə 189

Yazı sonuncu dəfə 2020-01-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.