e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gəlir vergisi: Vergi ödəyiciləri

Rezidentqeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.

Fiziki şəxs — Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs.

Rezident - aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:

  1. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
  2. təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
  3. yuxarıdakı a və b bəndlərində Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
    • daimi yaşayış yeri;
    • həyati mənafelərinin mərkəzi;
    • adətən yaşadığı yer;
    • Azərbaycan Respublikasının vətəndaşlığı;

Qeyri-rezident - aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs

  1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;
  2. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
  3. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
  4. yuxarldakı 2-ci və 3-cü bəndlər Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir;
  5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;
  6. rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.


Yazı sonuncu dəfə 2019-04-25 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.