e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mədən vergisi: Verginin ödənilməsi və bəyannamənin verilməsi müddətləri

Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır.

Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.

Mədən vergisinin ödəyiciləri vergi bəyannaməsini hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə təqdim etməlidirlər.

Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir.

Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə büdcəsinə) büdcəyə ödənilir.

Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 217

Yazı sonuncu dəfə 2018-07-18 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.