e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Dövlət rüsumunun ödəyiciləri

Dövlət rüsumu - qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının (məhkəmə, notariat kontorları, polis, qeydiyyat şöbələri və s.) müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.

Dövlət rüsumunun tutulması Dövlət rüsumu haqqında AR Qanunu ilə tənzimlənir. Qanunda dövlət rüsumu aşağıdakı kimi müəyyən edilir:

Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün dövlət rüsumunun ödəyiciləri aşağıdakılardır:

  • Azərbaycan Respublikasının vətəndaşları,
  • əcnəbilər,
  • vətəndaşlığı olmayan şəxslər və
  • hüquqi şəxslər

Qeyd*: Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır.

Qeyd*: İnvestisiya layihələrini "Tik – idarə et – təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

Dövlət rüsumu tutan subyektlərin məsuliyyəti

Dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri rüsumun düzgün tutulması və dövlət büdcəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar.

Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.

Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.