Mühаsibat balansıMühasibat balansı (və ya maliyyə vəziyyəti haqqında hesabat) (statement of financial position) hesabat dövrünün sonuna aktivlərin, öhdəliklərin və kapitalın dəyərini özündə əks etdirən sənəddir. BMHS sistemində mühasibat uçotunun əsas hesabatıdır. "Maliyyə vəziyyəti haqqında hesabat"-ın hazırlanması və təqdim edilməsi qaydaları "Maliyyə hesabatlarının təqdimatı" adlı 1 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartında (IAS 1) əks olunubdur. Bu standartda əsasən aşağıdakılar verilibdir:
Maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması. Maliyyə vəziyyəti haqqında hesabat, onda olan maddələrin sıralamasına görə, əsasən 2 formada hazırlana bilər: - aktiv və öhdəliklər qısamüddətli və uzunmüddətlilərə bölərək və ya likvidliyin azalması formasında, aktiv və öhdəllikləri qısamüddətli və uzunmüddətlilərə bölərək Maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilməli olan məlumat: Maliyyə vəziyyəti haqqında hesabata аşаğıdakıları əks еtdirən sətir mаddələri dахil еdilməlidir:
Müəssisə əlаvə mаddələr (o cümlədən yuxarıda sadalanan maddələri parçalamaqla), bаşlıqlar və аyrı-аyrı mаddələr üzrə yekun məbləğləri maliyyə hesabatlarındа yalnız o zаmаn əks etdir ki, bu cür təqdimetmə müəssisənin mаliyyə vəziyyətinin düzgün anlaşılması üçün zəruridir. Mühasibat uçotu subyektləri tərəfindən tərtib olunan "Maliyyə vəziyyəti haqqında hesabat"da digər maliyyə hesabatlarından fərqli olaraq informasiya Hesablar Planı vasitəsi ilə daha dolğun təqdim edilir. "Maliyyə vəziyyəti haqqında hesabat"ın müvafiq maddələrində mühasibat uçotu subyekti tərəfindən hesabat dövrünün sonuna sintetik hesabların yekunlaşdırılmış qalıqları əks etdirilir. "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları"nın 1 nömrəli əlavəsində "Maliyyə vəziyyəti haqqında hesabat" forması verilibdir. "Maliyyə vəziyyəti haqqında hesabat" formasını buradan yükləyə bilərsiniz.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-14 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.