Cinayət məsuliyyətiCinayət məsuliyyətinə müəssisədə mühasibat uçotunu aparmağa görə qanunun tələblərini pozan şəxslər adətən AR Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə görə cəlb edilə bilər: Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma AR Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən:
Cinayət Məcəlləsinin 213-cü maddəsindən göründüyü kimi maddədə birbaşa baş mühasibin və ya mühasibin bu məsuliyyətə cəlb edilməsi qeyd edilməyib. Burada bilmək lazımdır ki, vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə məsuliyyətə bu ödəmələri hesablayan və ödəməli olan şəxslər nəzərdə tutulur. Burada cinayət məsuliyyətinə müəssisədə rəsmi olaraq calışan baş mühasibdən başqa, müəssisədə vergi uçotunu faktiki olaraq aparan və bəyannamaləri vergi orqanlarına təqdim edən adı mühasib və vergilərin hesablanması ilə bağlı qərarlar verən maliyyə meneceri, maliyyə direktoru, məsləhətçi, müəssisə rəhbəri də cəlb edilə bilər. Bu səbəbdən də, vergi bəyannamasində bilə-bilə yalan məlumatlar göstərən, bu cür tapşırıqları vermən, bu tapşırıqları icra edən şəxslər cinayət məsuliyyəti daşıyırlar. Belə olduqda bu cinayətin törədilməsində cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Belə ki, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Cinayətin iştirakçıları aşağıdakılar sayılırlar: İcraçı - cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs; Təşkilatçı - cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs; Təhrikçi - ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs; Köməkçi - cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs. AR Konstitusiya Məhkəməsinin 8 aprel 2002-ci il tarixli qərarına əsasən AR Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, AR Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Belə ki, AR Vergi Məcəlləsinin 56-ci maddəsin əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. AR Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən isə, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:
Gömrük ödənişlərinin ödənilməsindən yayınma AR Cinayət Məcəlləsinin 209-cu maddəsinə əsasən:
Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma AR Cinayət Məcəlləsinin 202-ci maddəsinə əsasən:
İşçini istehsal, kommersiya və ya dövlət sirrinin yayılmasna görə işdən azad etməkdən öncə, müəyyən edilməlidir ki müəssisədə konfidensial sayılan məlumatların qorunması üçün bütün tədbirlər görübmü. Bundan başqa, "Mühasibat uçotu haqqında" AR Qanunun 15.1-ci maddəsinə əsasən: "Mühasibat uçotu sənədlərində kommersiya sirri hesab edilən məlumat olduqda, bu məlumatların açıqlanması "Kommersiya sirri haqqında" AR Qanununa uyğun həyata keçirilir".
İlk növbədə müəssisədə "Kommersiya sirrinin qorunması" haqqında əsasnamə hazırlanıb təsdiq edilməlidir. Bu sənəd ilə bütün işçilər tanış olmalıdırlar. Bu əsasnamədə əsasən aşağıdakılar əks olunmalıdır:
İstehsal sirrininin yayılmaması barədə öhdəliyi birbaşa əmək müqaviləsində, və ya işçinin vəzifə təlimatlarında qeyd etmək olar. Burada "Kommersiya sirrinin qorunması Əsasnaməsində" göstərilən konfidensial xarakterli məlumatlardan müqavilələrin məzmunu, texnoloji prosesin qizli məlumatları, elmi-texniki sahədə əqli mülkiyyət işçi tərəfindən yayıla bilməz. Misal üçün, belə məlumatlar aşağıdakı kimi ola bilər:
Kommersiya sirri olan məlumatlara izni olan işçilərə bir çoxlarını aid etmək olar: katibələr, baş mühasiblər, mühasiblər, kadrlar şöbəsinin rəhbərləri, mühəndislər və proqramçılar, satış menecerləri və s. Əgər işçi kommersiya sirri daşıyan məlumat yayıbsa, müqavilələrin, hesabatların və sair sənədlərin məzmunu kommersiya sirri daşıdığını sübut etmək öhdəliyi, işəgötürənin üzərinə düşür. Dəqiq sübutlar yoxdursa, məhkəmə məsələni müəssisənin xeyrinə həll etməyə bilər. Müəssisədə məxfi məlumatların qorunması təşkil edilməyibsə, məhkəmə işçinin məlumatları qanunsuz əldə edilməsi barədə əsasın olmadığı barədə qərar gəbul edə bilər. Onu da qeyd edtmək lazımdır ki, baş mühasib və mühasib AR Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə də cinayətin iştirakçısı kimi cinayət məsuliyyətinə cəlb edilə bilər:
Normativ-hüquqi aktlar:
Mühasibat uçotu haqqında AR Qanunu, Maddə: 15.1 AR Cinayət Məcəlləsi, Maddələr: 32, 75, 209, 213 Yazı sonuncu dəfə 2018-09-09 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.