Barter əməliyyatında gəlirlərlərin uçotuBarter müqaviləsi 2 müəssisənin onlara məxsus əmlakın (əsas vəsaitlərin, malların, işlərin, xidmətlərin və s.) dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı tarazlaşdırılmış mal mübadiləsini nəzərdə tutan müqavilədir. Bu o deməkdir ki, sövdələşmənin hər iki tərəfi eyni zamanda həm alıcıdır, həm satıcı. Barter sövdələşmələri zamanı pul və ya digər ödəniş vasitələrindən istifadə olunmur. Barter müqaviləsində eyni qiymətli və qarşılıqlı göndərilən malların, xidmətlərin sayı, yaxud tərəflərin tədarükü həyata keçirəcəyi məbləğ qeyd olunur. Barter əməliyyatlarına oxşar, lakin bəzi fərqlər olan AR Mülki Məcəlləsinin 662-ci maddəsində "Dəyişdirmə müqaviləsi"-nə nəzər yetirək:
AR Mülki Məcəlləsi, Maddə 662. Dəyişdirmə müqaviləsi
662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. AR Mülki Məcəlləsi, Maddə 663. Dəyişdirmə müqaviləsi üzrə qiymətlər və xərclər Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir. AR Mülki Məcəlləsi, Maddə 665. Dəyişdirilən mallara mülkiyyət hüququnun keçməsi Əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. Gördüyümüz kimi, "Dəyişdirmə müqaviləsindən" fərqli olaraq "Barter müqaviləsində" dəyişdirilən əşyaların dəyəri ekvivalent olmalıdır. Bundan başqa, müqavilə ilə başqa şərtlər nəzərdə tutulmayıbsa, barter müqaviləsi ilə təqdim edilən mallara mülkiyyət hüququ alıcıya o zaman keçir ki, satıcı ondan müqavilə ilə nəzərdə tutulan başqa əmlakı (xidməti) alır. Bu səbəbdən də, malgöndərəndən mallar qarşılıqlı çatdırılmayıbsa, barter müqaviləsi ilə həmin malgöndərənə çatdırılan mallar satılmış hesab edilmir. Bu o deməkdir ki, nə mühasibat uçotunda, nə də vergi uçotunda heç bir əməliyyat aparılmır. Mühasibat uçotu qaydalarına əsasən mübadilə nəticəsində əldə edilmiş material ehtiyatları, istehsalat (iş və xidmət) məsrəfləri, mallar və digər ehtiyatların ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda, onun dəyəri təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyəri ilə qiymətləndirilir. Təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda əldə edilmiş material ehtiyatları, istehsalat (iş və xidmət) məsrəfləri, mallar və digər ehtiyatların dəyəri təhvil verilmiş aktivin (aktivlərin) balans dəyəri ilə qiymətləndirilir. AR Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən barter (mal mübadiləsi) əməliyyatları aparıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla aparılır.
Misal.
Cari ildə A müəssisəsi ilə B müəssisəsi arasında mal mübadiləsi (barter) müqaviləsi bağlanmışdır. A müəssisəsi B müəssisəsinə mallar təqdim edir. Onların maya dəyəri 10 000 AZN-dir. A müəssisəsi bu malları bazarda 15 000 AZN-ə satır. Malların müqabilində A müəssisəsi B müəssisəsindən materiallar alır. A müəssisəsinin mühasibi barter əməliyyatını mühasibat uçotunda əks etdirmək üçün aşağıdakı müxabirləşmələr aparacaqdır:
Vergi uçotu AR Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən barter (mal mübadiləsi) əməliyyatları aparıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla aparılır. Bundan başqa, AR Vergi Məcəlləsinin 67.13. maddəsinə əsasən: Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Eyni zamanda, barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. Bundan başqa, barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron qaimə-fakturaları üzrə ƏDV məbləğləri ƏDV-nin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.
Normativ-hüquqi aktlar:
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları AR Vergi Məcəlləsi, Maddələr: 14.3.1, 67.13, 159.4 AR Mülki Məcəlləsi, Maddələr: 662-665 Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları Yazı sonuncu dəfə 2020-04-29 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.