Xaric edilən (satılan, silinən) və ya gələcəkdə müəssisəyə iqtisadi səmərə (gəlir) gətirməyən torpaq, tikili və avadanlıqların dəyəri müəssisənin balansından xaric olunmalıdırlar (və ya onların tanınması dayandırılmalıdır).
Bildiyimiz kimi, müəssisənin balansında torpaq, tikili və avadanlıqlar qalıq dəyəri ilə əks olnur.
Qalıq dəyəri |
= |
İlkin dəyəri |
- |
yığılmış amortizasiya |
Torpaq, tikili və avadanlıqlar aşağıdakı hallarda müəssisənin balansından xaric oluna bilərlər:
Tikili və ya avadanlıqların müəssisə daxilində olan struktur bölmələr arasında yerdəyişməsi onların xaric olması sayılmır. Eyni zamanda, torpaq, tikili və avadanlıqdan müvəqqəti istifadə edilməməsi (misal üçün, rekonstruksiya, və ya əlavə avadanlığın quraşdırılması zamanı) onların tanınmasının dayandırılmasına əsas deyildir.
Torpaq, tikili və avadanlıqlar obyektinin balans dəyərinin tanınması aşağıdakı hallarda dayandırılmalıdır.
- aktivin silinməsi (satışı) nəticəsində; və ya
- aktivin istifadəsindən və ya onun silinməsindən (satışından) gələcəkdə iqtisadi səmərənin əldə ediləcəyi ehtimal olunmadığı halda.
Torpaq, tikili və avadanlıqlar obyektinin tanınmasının dayandırılması nəticəsində yaranan qazanc və ya itki mənfəət və zərər haqqında hesabatda əks etdirilməlidir. Əldə edilmiş hər hansı qazanc əsas gəlir sətrində gəlir kimi təsnif edilməməlidir
Ləğv edilib silinməsi.
Fiziki aşınması və ya texniki baxımdan köhnəlməsi səbəbindən tikili və avadanlıqların ləğv edilib silinməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:
- tam amortizasiya olunmuş torpaq, tikili və avadanlıqların silinməsi zamanı 112 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir
- tam amortizasiya olunmamış torpaq, tikili və avadanlıqların silinməsi zamanı 731 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti, eyni zamanda 112 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə.
Silinmiş torpaq, tikili və avadanlıqlar üzrə hesablanmış xərclər 801 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Diqqət! Vergi uçotunda tam amortizasiya olunmamış tikili və avadanlıqlar silindikdə, onların qalıq dəyərinə ƏDV hesablanmalıdır.
AR Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
Göstərilənlərə əsasən əsas vəsaitlər tam amortizasiya olunmadan cari vergi ili başa çatmadan uçotdan silindikdə, həmin əsas vəsaitə amortizasiya ayırmaları hesablanmır, bu əsas vəsait ƏDV ödənilməklə əldə edilmişdirsə və müvafiq əvəzləşdirmə aparılmışdırsa, belə əsas vəsaitlərin uçotdan silinməsi əməliyyatı qeyri-kommersiya məqsədi daşıyan əməliyyat hesab edilməklə, həmin əsas vəsaitin vergi ilinin əvvəlinə qalıq dəyəri (həmin vergi ilində amortizasiya ayırmaları hesablanmadan) ƏDV-nin vergitutma obyektini yaradır.
Misal.
Müəssisəyə məxsus kompüter avadanlığı texniki baxımdan köhnəlməsi səbəbindən yenisi ilə əvəz edilmişdir. Köhnə kompüter avadanlığının daşınması və məhv edilməsi üçün - 500 manat xərclənmişdir.
1-ci halda: Köhnə kompüterlərin ilkin dəyəri - 23 000 manatdır, onlar tam olaraq amortizasiya olunublar.
2-ci halda: Köhnə kompüterlərin ilkin dəyəri - 23 000 manatdır, yığılmış amortizasiya məbləği isə 20 000 manatdır.
N |
Əməliyyatın məzmunu |
Debet |
Kredit |
Məbləğ |
1-ci halda - Tam amortizasiya olunmuş tikili və avadanlıqların yarasız hala düşməsi nəticəsində silinməsi |
1 |
Yığılmış amortizasiya məbləği silinir |
112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" |
111 "Torpaq, tikili və avadanlıqların dəyəri" |
23 000 |
2 |
Köhnə kompüter avadanlığının daşınması və məhv edilməsi xərcləri |
801 "Ümumi mənfəət (zərər)" |
731 "Sair əməliyyat xərcləri" |
500 |
2-ci halda - Tam amortizasiya olunmamış tikili və avadanlıqların yarasız hala düşməsi nəticəsində silinməsi |
1 |
Kompüter avadanlığının ilkin dəyəri silinir |
731 "Sair əməliyyat xərcləri" |
111 "Torpaq, tikili və avadanlıqların dəyəri" |
23 000 |
2 |
Yığılmış amortizasiya məbləği silinir |
112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" |
731 "Sair əməliyyat xərcləri" |
20 000 |
3 |
Kompüter avadanlığının qalıq dəyəri zərərə silinir |
801 "Ümumi mənfəət (zərər)" |
731 "Sair əməliyyat xərcləri" |
3 000 |
4 |
Köhnə kompüter avadanlığının daşınması və məhv edilməsi xərcləri |
801 "Ümumi mənfəət (zərər)" |
731 "Sair əməliyyat xərcləri" |
500 |
5 |
Kompüter avadanlığının qalıq dəyərinə ƏDV hesablanır |
731 "Sair əməliyyat xərcləri" |
521 "Vergi öhdəlikləri" |
540 |
Torpaq, tikili və avadanlıqların satılması.
Müəssisə torpaq, tikili və avadanlıqları satmaq qərarına gəldikdə onlar müəssisənin balansında "Satış məqsədi ilə saxlanılan aktivlər" hesabında uçota alınırlar. Bu zaman, 206 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti, eyni zamanda 112 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Satış məqsədi ilə saxlanılan torpaq, tikili və avadanlıqların satılması ilə bağlı xərclər 731 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının kreditində uçota alınır. Satılmış torpaq, tikili və avadanlıqlar üçün hesablanmış gəlirlər 171, 172, 177, 211, 212, 217 №li hesabların müvafiq subhesablarının debeti və 611 №li hesabın müvafiq subhesablarının kreditində uçota alınır. Təqdim edilmiş aktivlərə görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 177, 211, 212, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Satılmış torpaq, tikili və avadanlıqlara görə gəlirlər 611 №li hesabın müvafiq subhesablarının debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Satılmış torpaq, tikili və avadanlıqlar üzrə hesablanmış xərclər 801 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Torpaq, tikili və avadanlıqların satılması zamanı aşağıdakı mühasibat yazılışları verilir:
N |
Əməliyyatın məzmunu |
Debet |
Kredit |
Məbləğ |
1 |
Torpaq, tikili və avadanlıqların satılması qərara alındıqda - ilkin dəyəri silnir |
206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər" |
111 "Torpaq, tikili və avadanlıqların dəyəri" |
- |
2 |
Torpaq, tikili və avadanlıqların satılması qərara alındıqda - yığılmış amortizasiya məbləği silinir |
112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" |
206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər" |
- |
3 |
Torpaq, tikili və avadanlıqların satılması ilə bağlı xərclərin əks olunması |
731 "Sair əməliyyat xərcləri" |
206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər" |
- |
4 |
Satılmış torpaq, tikili və avadanlıqlar üçün hesablanmış gəlirlərin əks olunması |
211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" |
611 "Sair əməliyyat gəlirləri" |
- |
5 |
Satılmış tikili və avadanlıqlar üzrə hesablanmış gəlirlərdən ƏDV hesablanması |
211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" |
521 "Vergi öhdəlikləri" |
- |
Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi.
Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:
- tam amortizasiya olunmuş torpaq, tikili və avadanlıqların silinməsi zamanı 112 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
- tam amortizasiya olunmamış torpaq, tikili və avadanlıqların silinməsi zamanı 731 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti, eyni zamanda 112 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə.
- Əvəzsiz verilmiş torpaq, tikili və avadanlıqlar üzrə hesablanmış xərclər 801 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
- Əvəzsiz verilmiş aktivlərə görə qalıq və ya bazar dəyəri əsasında hesablanılmış əlavə dəyər vergisinə 801 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti mühasibat yazılışı verilir.
Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:
N |
Əməliyyatın məzmunu |
Debet |
Kredit |
Məbləğ |
1 |
Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi qərara alındıqda - ilkin dəyəri silnir |
731 "Sair əməliyyat xərcləri" |
111 "Torpaq, tikili və avadanlıqların dəyəri" |
- |
2 |
Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi qərara alındıqda - yığılmış amortizasiya məbləği silinir |
112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" |
731 "Sair əməliyyat xərcləri" |
- |
3 |
Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi ilə bağlı xərclərin əks olunması |
801 "Ümumi mənfəət (zərər)" |
731 "Sair əməliyyat xərcləri" |
- |
4 |
Əvəzsiz verilmiş torpaq, tikili və avadanlıqlar zərərin əks olunması |
801 "Ümumi mənfəət (zərər)" |
731 "Sair əməliyyat xərcləri" |
- |
5 |
Əvəzsiz verilmiş tikili və avadanlıqların dəyəri (qalıq və ya bazar dəyəri) üzrə ƏDV hesablanması |
801 "Ümumi mənfəət (zərər)" |
521 "Vergi öhdəlikləri" |
- |
TTA-ın digər müəssisələrə pay qoyuluşu şəklində verilməsi.
Torpaq, tikili və avadanlıqların maliyyə qoyuluşu qaydasında digər müəssisələrin kapitalında iştirak payı kimi qoyulması zamanı aşağıdakı mühasibat yazılışları verilir:
- torpaq, tikili və avadanlıqlar üzrə 112 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
- asılı müəssisələrə qoyulan investisiya kimi 151 "Asılı müəssisələrə investisiyalar" hesabının debeti və 111 "Torpaq, tikili və avadanlıqlar" hesabının krediti üzrə.
- birgə müəssisələrə qoyulan investisiya kimi 152 "Birgə müəssisələrə investisiyalar" hesabının debeti və 111 "Torpaq, tikili və avadanlıqlar" hesabının krediti üzrə.
N |
Əməliyyatın məzmunu |
Debet |
Kredit |
Məbləğ |
1 |
Digər müəssisələrin kapitalında iştirak payı kimi qoyulan torpaq, tikili və avadanlıqların amortizasiyasının silinməsi |
112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" |
111 "Torpaq, tikili və avadanlıqların dəyəri" |
- |
2 |
Asılı müəssisələrə qoyulan investisiya |
151 "Asılı müəssisələrə investisiyalar" |
111 "Torpaq, tikili və avadanlıqların dəyəri" |
- |
3 |
Birgə müəssisələrə qoyulan investisiya |
152 "Birgə müəssisələrə investisiyalar" |
111 "Torpaq, tikili və avadanlıqların dəyəri" |
- |
4 |
Başqa bir müəssisələrin nizamnamə kapitalına qoyulan torpaq tikili və avadanlıqlar |
183 "Digər uzunmüddətli investisiyalar" |
111 "Torpaq, tikili və avadanlıqların dəyəri" |
- |
Vergi uçotu
AR Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azaddır.
Torpaq, tikili və avadanlıqların uzunmüdətli maliyyə icarəsinə verilməsi (lizinq).
Maliyyə icarəsi (lizinq) – aktiv üzrə mülkiyyət hüquqlarına aid təqribən bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Sonda, mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər.
Оbyеktin icarəçiyə vеrilməsi qəbul-təhvil aktı ilə sənədləşdirilir.
İcarədar maliyyə icarəsinə verilmiş tikili və avadanlıq üzrə amortizasiya hesablamır. İcarəçi mülkiyyət sahibi kimi icarəyə götürdüyü tikili və avadanlıqlara görə köhnəlmə hеsablayır və tikili və avadanlıqları təmir edir.
Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsinə verildikdə aşağıdakı mühasibat yazılışları verilir:
- maliyyə icarəsinə verilmiş aktivin ilkin dəyərinə 174, 214 №li hesabların müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
- maliyyə icarəsinə verilmiş aktivə hesablanmış amortizasiya məbləğinə, habelə qiymətdəndüşmə zərərinə 112 №li hesabın müvafiq subhesablarının debeti və 174, 214 №li hesabların müvafiq subhesablarının krediti üzrə.
Torpaq, tikili və avadanlıqların uzunmüddətli icarəyə( lizinq) verilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:
Misal.
A müəssisəsi B müəssisəsinə 100 000 dəyərində 3 il müddətinə maliyyə icarəsi müqaviləsi ilə avadanlıq verib. Müqaviləyə əsasən avadanlığın qiyməti 70 000 manatdır, faiz məbləği 30 000 manat təşkil edir. B müəssisəsi 3 il ərzində bərabər hissələr ilə bu borcu ödəməlidir.
N |
Əməliyyatın məzmunu |
Debet |
Kredit |
Məbləğ |
1 |
Uzunmüddətli maliyyə icarəsinə verilmiş avadanlıq müəssisənin balansından silinmişdir |
174 "İcarə üzrə uzunmüddətli debitor borcları" |
111 "Torpaq, tikili və avadanlıqların dəyəri" |
80 000 |
2 |
Uzunmüddətli maliyyə icarəsinə verilmiş avadanlığın amortizasiyası silinir |
112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" |
174 "İcarə üzrə uzunmüddətli debitor borcları" |
10 000 |
3 |
Maliyyə icarəsində olan avadanlığa görə faizlər |
176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" |
442 "Gələcək hesabat dövrlərinin gəlirləri" |
30 000 |
4 |
Maliyyə icarəsində olan avadanlığa görə 1-ci ilin faizlərin hesablanması |
216 "Faizlər üzrə qısamüddətli debitor borcları" |
176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" |
10 000 |
5 |
Maliyyə icarəsində olan avadanlığa görə 1-ci ilin faizlərin gəlir kimi tanınması |
442 "Gələcək hesabat dövrlərinin gəlirləri" |
631-3 "Maliyyə iсarəsi üzrə gəlir" |
10 000 |
6 |
Maliyyə icarəsində olan avadanlığa görə faizlərin ödənilməsi 1-ci il |
223 "Bank hesablaşma hesabları" |
216 "Faizlər üzrə qısamüddətli debitor borcları" |
10 000 |
7 |
Maliyyə icarəsində olan avadanlığa görə 1-ci ilin icarə debitor borcun müəyyən edilməsi |
214 "İcarə üzrə qısamüddətli debitor borcları" |
174 "İcarə üzrə uzunmüddətli debitor borcları" |
23 333 |
8 |
Maliyyə icarəsində olan avadanlığa görə 1-ci ilin icarə haqqının ödənilməsi |
223 "Bank hesablaşma hesabları" |
214 "İcarə üzrə qısamüddətli debitor borcları" |
23 333 |
Torpaq, tikili və avadanlıqların digər aktiv və ya xidmət ilə mübadilə edilməsi.
Mübadilə nəticəsində xaric olunmuş torpaq, tikili və avadanlıqlarla əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:
Mübadilə üçün verilmiş aktivlər üzrə yığılmış amortizasiya məbləği və qiymətdən düşmə zərərləri olduğu hallarda həmin məbləğlər mübadilə üçün verilmiş aktivin ilkin dəyərindən çıxılır.
- Mübadiləsi məqsədi ilə təqdim edilən torpaq, tikili və avadanlıqların dəyərinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 601, 611 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
- Əldə edilmiş aktivlərin və xidmətlərin mübadiləsi məqsədi ilə təqdim edilən torpaq, tikili və avadanlıqlara görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
- Mübadilə nəticəsində əldə edilmiş aktiv və xidmətlər üzrə yaranmış kreditor borc məbləğləri mübadilə məqsədi ilə təqdim edilmiş torpaq, tikili və avadanlıqların dəyərinə görə yaranan debitor borc məbləğləri ilə əvəzləşdirildikdə 431, 432, 433, 531, 532, 535, 536 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə.
Torpaq, tikili və avadanlıqların təbii fəlakət, invertarlaşma nəticəsində və başqa səbəblərdən əskik gəlməsi.
Mühasibat uçotu subyektinin torpaq, tikili və avadanlıqlarının əskik gəlməsi zamanı əskikgəlmələr səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr müəyyən edildiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına aid edilməklə aşağıdakı mühasibat yazılışları verilir:
- bazar qiyməti məbləğinə 217 №li hesabın müvafiq subhesablarının debeti və 611 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
- həmin torpaq, tikili və avadanlıqların bazar qiyməti məbləğinə görə hesablanılmış əlavə dəyər vergisinə 217 №li hesabın müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti üzrə, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
- torpaq, tiliki və avadanlıqların ilkin dəyərinə 731 №li hesabın müvafiq subhesablarının debeti və 111, 113 №li hesabların müvafiq subhesablarının krediti üzrə, onların yığılmış amortizasiya məbləğləri və qiymətdəndüşmə zərərləri mövcud olduqda 112 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
- torpaq, tiliki və avadanlıqların balans dəyəri bazar qiymətindən yuxarı olduqda, balans dəyəri ilə bazar qiyməti arasındakı fərq məbləğinə görə hesablanmış əlavə dəyər vergisinə 731 №li hesabın müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti üzrə, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə.
Mühasibat uçotu subyektinin torpaq, tikili və avadanlıqlarının əskik gəlməsi zamanı müvafiq təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olmayan hallarda, bu əskikgəlmələr mühasibat uçotu subyektinin xərcinə aid edilməklə 731 №li hesabın müvafiq subhesablarının debetində və 111, 113 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Həmin torpaq, tikili və avadanlıqların yığılmış amortizasiya məbləğləri və qiymətdəndüşmə zərərləri mövcud olduqda 112 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Əskik gəlmiş torpaq, tikili və avadanlıqlar üzrə hesablanmış əlavə dəyər vergisi məbləğinə aşağıdakı mühasibat yazılışları verilir:
- əvəzləşdirilməyən hallarda 731 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
- əvəzləşdirilən hallarda 731 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə.
Torpaq, tikili və avadanlıqlar obyektinin tanınmasının dayandırılması zamanı həmin obyektlə bağlı yenidən qiymətləndirmə üzrə kapital ehtiyatları, bölüşdürülməmiş mənfəətə aid edilə bilər. Bu zaman 331 №li hesabın müvafiq subhesablarının debeti və 343 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.