Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləriKeyfiyyət xüsusiyyətləri maliyyə hesabatlarında təqdim olunan informasiyanı istifadəçilər üçün daha faydalı edən atributlardır. Anlaşıqlıq, münasiblik, etibarlılıq və müqayisəlilik əsas dörd keyfiyyət xüsusiyyətləridir: 1. Anlaşıqlılıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın əsas xüsusiyyəti onun istifadəçilər tərəfindən tez başa düşülməsindədir. Eyni zamanda, istifadəçilər biznes, iqtisadi fəaliyyət və mühasibatlıq haqqında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər dərindən öyrənməyə hazır olmalıdırlar. İstifadəçilərin iqtisadi qərarlar qəbul etmək üçün əhəmiyyətinə görə maliyyə hesabatlarında əks etdirilməli olan mürəkkəb məsələlərlə bağlı informasiya, sadəcə olaraq müəyyən istifadəçilər tərəfindən çətin başa düşüləcəyi səbəbindən hesabatdan çıxarılmamalıdır; 2. Münasiblik: Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə istifadəçilərin iqtisadi qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab olunur. İnformasiyanın münasibliyi onun xarakterinə və əhəmiyyətliliyinə təsir göstərir:
3. Etibarlılıq: Faydalı olmaq üçün informasiya etibarlı olmalıdır. Tərkibində əhəmiyyətli səhvlər və qərəzli olmayan informasiya etibarlılıq keyfiyyətinə malikdir:
4. Müqayisəlilik: Müxtəlif dövrlər üçün mühasibat uçotu subyektinin maliyyə vəziyyətindəki və fəaliyyətinin nəticələrindəki meylləri müəyyən etmək baxımından istifadəçilər mühasibat uçotu subyektinin maliyyə hesabatlarını müqayisə edə bilməlidirlər. İstifadəçilər həmçinin müxtəlif mühasibat uçotu subyektlərinin müvafiq maliyyə vəziyyətini, fəaliyyətinin nəticələrini və maliyyə vəziyyətindəki dəyişikləri qiymətləndirmək üçün mühasibat uçotu subyektlərinin maliyyə hesabatlarını müqayisə edə bilməlidirilər. Oxşar əməliyyatların və digər hadisələrin maliyyə təsirlərinin ölçülməsi və göstərilməsi mühasibat uçotu subyekti üzrə və onun mövcud olduğu dövr üçün və müxtəlif mühasibat uçotu subyektləri üçün eyni üsulla həyata keçirilməlidir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-06-25 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.