e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hökümət subsidiyaları hesabına alınması

Subsidiya (lat. subsidium — kömək, dəstək) - dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

Torpaq, tikili və avadanlıqlar hökumət subsidiyaları hesabına əvəzsiz və ya nominal ödənişlə alındıqda mühasibat uçotu subyekti həmin torpaq, tikili və avadanlıqları ilk olaraq ədalətli dəyərlə tanımaq seçiminə malikdir. Əgər mühasibat uçotu subyekti həmin aktivi ilk olaraq ədalətli dəyərlə tanımazsa, bu halda mühasibat uçotu subyekti aktivi nominal dəyəri və aktivin nəzərdə tutulan istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilən bilavasitə aidiyyəti xərclər məbləğində tanıyır.

Hökumət subsidiyaları – müəssisənin əməliyyat fəaliyyəti ilə əlaqədar müəyyən şərtlərin keçmişdə və ya gələcəkdə yerinə yetirilməsinə görə müəssisəyə resursların köçürülməsi formasında olan hökümət yardımıdır. Dəyəri əsaslandırılmış surətdə qiymətləndirilə bilməyən hökümət yardımları, eləcə də müəssisənin adi ticarət əməliyyatlarının bir hissəsini təşkil edən dövlət ilə əməliyyatlar hökumət subsidiyalarına aid deyil.

Hökümət yardımı – müəyyən meyarlara cavab verən müəssisə və ya müəssisələr qrupuna aid xüsusi iqtisadi səmərənin təmin edilməsinə yönəlmiş dövlət fəaliyyətidir.

Müəssisənin əməliyyat fəaliyyəti ilə əlaqədar müəyyən şərtlərin keçmişdə və ya gələcəkdə yerinə yetirilməsinə görə mühasibat uçotu subyektinə resursların köçürülməsi formasında olan hökumət subsidiyalarının mühasibat uçotunda əks etdirilməsinə dair iki metod mövcuddur:

  • subsidiyanın mənfəət və ya zərərdən kənarda tanınmasını nəzərdə tutan kapital metodu;
  • subsidiyanın bir və ya bir neçə hesabat dövrlərinin mənfəət və ya zərərində tanınmasını nəzərdə tutan gəlir metodu.

Hökumət subsidiyasının mühasibat uçotunda kapital metoduna əsasən tanınması zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • hökumət subsidiyası mühasibat uçotu subyektinə daxil olduqda 101, 103, 111, 113, 121, 123, 131, 141, 193, 201, 205, 207, 221, 222, 223, 224, 225, 245 №li hesabların müvafiq subhesablarının debeti və 444 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • hökumət subsidiyası kapital ehtiyatlarına aid edildikdə 444 №li hesabın müvafiq subhesablarının debeti və 335 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • hökumət subsidiyası ilə əlaqəli çəkilmiş məsrəflər xərc kimi tanındıqda 335 №li hesabın müvafiq subhesablarının debeti və 202, 711, 721, 731 №li hesabların müvafiq subhesablarının krediti üzrə.

Hökumət subsidiyasının mühasibat uçotunda gəlir metoduna əsasən tanınması zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • hökumət subsidiyası mühasibat uçotu subyektinə daxil olduqda 101, 103, 111, 113, 121, 123, 131, 141, 193, 201, 205, 207, 221, 222, 223, 224, 225, 245 №li hesabların müvafiq subhesablarının debeti və 444 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • hökumət subsidiyası gələcək dövrün gəlirlərinə aid edildikdə 444 №li hesabın müvafiq subhesablarının debeti və 442, 542 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • mühasibat uçotu subyekti təyin edilmiş şərtlərə riayət etməklə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirdikdə hökumət subsidiyası ilə əlaqəli çəkilmiş məsrəflərə 202, 203, 711, 721, 731 №li hesabların müvafiq subhesablarının debeti və 102, 112, 132, 142, 191, 201, 207, 221, 223, 224, 241, 242, 244, 245, 411, 412, 413, 432, 434, 435, 511, 512, 513, 515, 521, 522, 532, 533, 537, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə, eyni zamanda həmin məsrəflər hesabat dövründə xərc kimi tanındıqda 701 №li hesabın müvafiq subhesablarının debeti və 202, 203, 204, 205 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • hesabat dövrünün xərcləri mənfəət və zərərdə tanındıqda 801 №li hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • mühasibat uçotu subyekti təyin edilmiş şərtlərə riayət etməklə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirdikdə hökumət subsidiyası ilə əlaqəli çəkilmiş xərclərə uyğun hökumət subsidiyasını gəlir kimi tanıdıqda 442, 542 №li hesabların müvafiq subhesablarının debeti və 601, 611 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • hökumət subsidiyası üzrə gəlirlər mənfəət və zərərdə tanındıqda 601, 611 №li hesabların müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Mühasibat uçotu subyektinə keçmişdə çəkilmiş xərclərin və ya zərərlərin kompensasiyası məqsədi ilə və ya heç bir müvafiq gələcək məsrəflərlə bağlı olmayan birbaşa maliyyə dəstəyi kimi təqdim edilən hökumət subsidiyasının mühasibat uçotunda əks etdirilməsi ilə bağlı aşağıdakı mühasibat yazılışları verilir:

  • hökumət subsidiyası alındığı mühasibat uçotu subyektinə daxil olduqda 101, 103, 111, 113, 121, 123, 131, 141, 151, 152, 181, 182, 183, 193, 201, 205, 207, 221, 223, 224, 225, 231, 232, 233, 234, 245 №li hesabların müvafiq subhesablarının debeti və 444 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • hökumət subsidiyası hesabat dövrünün gəliri kimi tanındıqda 444 №li hesabın müvafiq subhesablarının debeti və 601, 611 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • hökumət subsidiyası üzrə gəlirlər mənfəət və zərərdə tanındıqda 601, 611 №li hesabların müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə.


Yazı sonuncu dəfə 2020-02-09 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.