e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gəlirlərin və xərclərin təsnifatı

Gəlirlər

Mühasibat uçotunda gəlirlərin təsnifatı aşağıdakı kimidir:

  • Adi fəaliyyətdən gəlir
    • Əsas əməliyyat gəlirləri
      • Malların və məhsulların satışı
      • Xidmətlərin göstərilməsi
      • İşlərin görülməsi
      • Royalti
      • Əməliyyat icarəsi üzrə gəlir
    • Sair əməliyyat gəlirləri
      • Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışı
      • Yenidən qiymətləndirilmədən gəlirlər
      • Əvəzsiz olaraq alınmış aktivlər
      • Cərimələr və digər oxşar ödənişlər
      • Cari ildə müəyyən edilmiş keçmiş illərin gəlirləri
      • Ümidsiz borclar üzrə gəlirlər
      • Məzənnə fərqləri üzrə gəlirlər
  • Sair gəlirlər
    • Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər
    • Maliyyə gəlirləri
    • Fövqəladə gəlirlər
Gəlirlərə aid deyil:
  • ƏDV, aksiz və sair analoji icbari ödənişlərin malın (xidmətin, işin) satış qiymətindəki məbləği;
  • Komissiya, agent və sair analoji müqavilələr üzrə komitentə məxsus komissiya məbləğləri;
  • Avans olaraq alınmış məbləğlər.

Xərclər

Mühasibat uçotunda xərclərin təsnifatı aşağıdakı kimidir:

  • Adi fəaliyyətdən xərclər
    • Satılmış malların, görülmüş işlərin və xidmətlərin maya dəyərinə birbaşa daxil olan xərclər
      • Xammal və materiallar;
      • İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;
      • İstehsal aktivlərinin amortizasiyası;
      • Sosial sığorta ayırmaları;
      • Sair birbaşa xərclər.
    • Sair əməliyyat xərcləri
      • Kommersiya xərcləri;
      • İnzibati xərclər;
      • Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin xaricolması üzrə xərclər;
      • Yenidən qiymətləndirilmədən xərclər
      • Qiymətdən düşmə üzrə xərclər
      • Cərimələr və digər oxşar ödənişlər
      • Keçmiş illər üzrə xərclər
      • Şübhəli və ümidsiz borclar üzrə xərclər
      • Aktivlərin dəyərinin azalması üzrə düzəlişlər
      • Məzənnə xərcləri
      • Əvəzsiz olaraq verilmiş aktivlər
      • Digər əməliyyat xərcləri
  • Sair xərclər
    • Fəaliyyətin dayandırılmasından yaranan xərclər
    • Maliyyə xərcləri
    • Fövqəladə xərclər
Xərclərə aid deyil:
  • Uzunmüddətli aktivlərin (torpaq, tikili, avadanlıq, QMA) əldə edilməsinə çəkilən xərclər;
  • Başqa müəssisələrin nizamnamə kapitalına olan maliyyə qoyuluşları, gələcəkdə satmaq niyyəti olmadıqda başqa müəssisələrin səhmlərinin alışı;
  • Komissiya, agent və sair analoji müqavilələr üzrə komitentə məxsus komissiya məbləğləri;
  • Avans olaraq ödənilmiş məbləğlər.


Yazı sonuncu dəfə 2018-08-08 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.