Qeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulmasıQeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulması zamanı və ya onun istifadəsindən, habelə xaricolmasından hər hansı gələcək iqtisadi səmərənin daxil olması gözlənilmədikdə həmin aktivin tanınması dayandırılır. Qeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulması zamanı 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabın müvafiq subhesablarının debeti, həmçinin 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" hesabın müvafiq subhesablarının krediti ilə yığılan amortizasiya silinir. Qeyri-maddi aktivin qalıq dəyəri 101 N-li hesabın kreditindən maliyyə qoyuluşları hesabının debetinə silinir. Başqa müəssisələrin nizamnamə kapitalına qoyulmuş qeyri-maddi aktivlərin təsis sənədlərində razılaşdırılmış dəyəri qalıq dəyərindən çoxdursa, artıq olan məbləğ 801 "Ümumi mənfəət (zərər)" hesabın müvafiq subhesablarının krediti və maliyyə qoyuluşları hesabının debeti üzrə əks etdirilir. Qeyri-maddi aktivin təsis sənədlərində razılaşdırılmış dəyəri qalıq dəyərdən azdırsa əksinə mühasibat yazılışı verilir. Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-05-01 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.