Sair əməliyyat gəlirləri və xərcləriSair fəaliyyətdən gəlir və xərclərə müəssisənin adi fəaliyyəti ilə bağlı olmayan gəlir və xərclər aiddir. Sair əməliyyat gəlirlərinin uçotu Hesablar Planının 61-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin əməliyyat fəaliyyəti zamanı torpaq, tikili, avadanlıqlarının və digər uzunmüddətli aktivlərinin satışından, yenidən qiymətləndirilmədən, aktivlərin əvəzsiz olaraq əldə edilməsindən, cərimələr və digər oxşar ödənişlərin alınmasından, ümidsiz borcların, silinmiş ehtiyatların bərpasından, keçmiş illər və məzənnə fərgləri üzrə yaranmış gəlirlərinin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 611 №li "Sair əməliyyat gəlirləri" hesabı açılır. 611 №li "Sair əməliyyat gəlirləri" hesabı üzrə aşağıdakı subhesablar açılır:
Sair əməliyyat xərclərinin uçotu Hesablar Planının 73-cü maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin torpaq, tikili, avadanlıqlarının və digər uzunmüddətli aktivlərinin satışından xərclər, yenidən qiymətləndirilmədən xərclər, qiymətdən düşmə üzrə xərclər, cərimələr və digər oxşar ödənişlər, keçmiş illər üzrə xərclər, şübhəli və ümidsiz borclar üzrə xərclər, aktivlərin dəyərinin azalması üzrə düzəlişlər, məzənnə xərcləri və əvəzsiz olaraq verilmiş aktivlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 731 №li "Sair əməliyyat xərcləri" hesabı açılır. 731 №li "Sair əməliyyat xərcləri" hesabı üzrə aşağıdakı subhesablar açılır:
Diqqət etmək lazımdır ki, bəzi gəlir və ya xərc növləri (misal üçün, icarədən olan gəlirlər) adi fəaliyyətdən gəlir kimi tanına bilər. Bu cür gəlirlərin adi fəaliyyətdən gəlir kimi tanınması bu fəaliyyətin müəssisə üçün adi olub-olmamasından asılıdır. Vergi uçotu Vergi uçotunda mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatan götürülən digər gəlirlər satışdankənar gəlir kimi müəyyən edilir.
AR Vergi Məcəlləsi, Maddə 13.2.12
Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Satışdankənar gəlirlər — digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Sair əməliyyat gəlirləri və xərclərini təsdiq edən sənədlər. Bu sənədlər müəssisədə nadir hallarda baş verən əməliyyatlar nəticəsində əldə edilir. Məsələn, bura maddi formada əvəzsiz alınmış maddi aktivlərə görə qarşı tərəfin (yardım verənin) verdiyi qaimə-faktura və ya təhvil-qəbul aktı, kreditor borcun bağışlanmasını təsdiq edən qarşı tərəfin təqdim etdiyi hər hansı sənəd (məktub, razılaşma, akt, protokol), yenidənqiymətləndirmə nəticəsinə yaranan artmaları əks etdirən qiymətləndirmə hesabatları, maddi formada əvəzsiz verilən maddi aktivlərə görə qarşı tərəfə (yardım qəbul edənə) təqdim edilən qaimə-faktura, debitor borcu olana (alıcıya, sifarişçiyə) onun borcunun bağışlanmasını təsdiq edən qarşı tərəfə təqdim edilən hər hansı sənəd (məktub, razılaşma, akt, protokol) və ya həmin borcun şübhəli borclar kimi qiymətləndirilməsinə əsas olan hər hansı sənəd (məhkəmə qərarları və sair), yenidənqiymətləndirmə nəticəsinə yaranan azalmaları əks etdirən qiymətləndirmə hesabatları, fövqəladə halların baş verməsi nəticəsində yaranan maddi itkiləri təsdiq edən sənədlər (daxili aktlar, dövlət orqanlarının təqdim etdiyi aktlar), yayındırılmış vergilərin, sosial sığorta haqlarının və digər məcburi dövlət ödənişlərinin, maliyyə sanksiyalarının və cərimələrin tətbiqini təsdiq edən dövlət orqanlarının rəsmi protokolları və ya qərarları aid etmək olar.
Normativ-hüquqi aktlar:
"Gəlirlər üzrə" Kommersiya Təşkilatlari üçün 6 № li Milli Mühasibat Uçotu Standarti Yazı sonuncu dəfə 2019-12-28 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.