Satışdan olan gəlirSatışdan olan gəlirlər (malların satışı, xidmətlərin göstərilməs, işlərin görülməsi) alıcılar (sifarişçilər) ilə bağlanılan müqavilələrdəki qiymətlərə əsasən müəyyən edilir. Malların satışından əldə olunan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:
Müəssisənin əməliyyat fəaliyyətinin həyata keçirilməsi zamanı malların satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir, tikinti müqavilələri üzrə gəlir, royalti gəliri, əməliyyat icarəsi üzrə gəlir və digər əməliyyat gəliri barədə ümumiləşdirilmiş məlumatlar 601 №li "Satış" hesabında əks etdirilir. Sair əməliyyat gəlirlərinin uçotu Hesablar Planının 611-ci hesabında əks etdirilir. Gəlirlərin uçotu ilə eyni zamanda satılmış malların maya dəyərini silmək lazımdır. Bunun üçün əsas sənəd Qaimə-Fakturadır. Qaimə-Faktura 2 nüsxədə hazırlanır. Ambardar doldurulmuş və imzalanmış Qaimə-Faktura-nı mühasibatlığa təhvil verir. Qaimə-Faktura əsasında mühasib malların məxaric olunmasını (maya dəyərinin silinməsini) mühasibat uçotunda müvafiq müxabirləşmə ilə əks etdirir. Mühasibat uçotunda malların satışını və maya dəyərinin silinməsini əks etdirdikdən sonra, uçotda hesablanmış vergilər əks olunmalıdır.
Misal.
Mebel istehsalı ilə məşğul olan Mebelim MMC-nin anbarına istehsal sexindən 5 yataq mebeli dəsti daxil olmuşdur. Daxil olmuş yeni mebellərin maya dəyəri 600 AZN-dir. Yataq dəstlərinin hər biri 1 180 AZN-ə (ƏDV daxil) satılmışdılar. Bu əməliyyatlar aşağıdakı müxabirləşmələr ilə əks etdirməlidir:
Normativ-hüquqi aktlar:
"Gəlirlər üzrə" Kommersiya Təşkilatlari üçün 6 № li Milli Mühasibat Uçotu Standarti Yazı sonuncu dəfə 2020-02-19 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.