e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əsas əməliyyat gəlirləri və xərcləri

Müəssisənin göstərdiyi əsas fəaliyyət növləri onun Nizamnaməsində qeyd edilməlidir. Adətən bu fəaliyyətlərə malların satışı, məhsullların istehsalı və satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi aid edilir.

Lakin, bir çox hallarda müəssisənin Nizamnaməsində "müəssisə qanun ilə qadağan edilməyən bütün fəaliyyət növləri ilə də məşğul ola bilər" qeydi olur.

Adi fəaliyyət – təsərrüfat məqsədlərinə nail olmaq üçün müəssisə tərəfindən həyata keçirilən fəaliyyətdir.

Adi fəaliyyətdən olan gəlirlər - malların təqdim edilməsindən, xidmətlərin və işlərin göstərilməsindən olan gəlirlərdir.

Adi fəaliyyətdən olan xərclər - təqdim edilmiş malların, xidmətlərin və işlərin maya dəyəridir.

Malların satışından əldə olunan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

  1. müəssisə malların mülkiyyət hüququ ilə bağlı risklərin və mükafatların əhəmiyyətli dərəcəsini alıcıya ötürdükdə;
  2. müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
  3. gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
  4. əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda;
  5. əməliyyat ilə bağlı keçmiş və gələcək xərcləri etibarlı əsasda qiymətləndirmək mümkün olduqda.

Aşağıda göstərilən bütün şərtlər yerinə yetirildiyi təqdirdə, xidmətin göstərilməsi ilə bağlı əməliyyatın nəticəsi etibarlı əsasla qiymətləndirilə bilər:

  1. gəlirin məbləğini etibarlı əsasla qiymətləndirmək mümkün olduqda;
  2. əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda;
  3. əməliyyatın yekunlaşma mərhələsinin hesabat tarixində etibarlı əsasla qiymətləndirilməsi mümkün olduqda;
  4. əməliyyat ilə bağlı çəkilmiş və bu əməliyyatın yekunlaşdırılması üçün zəruri olan çəkiləcək məsrəflərin etibarlı əsasla qiymətləndirilməsi mümkün olduqda

Malların satışı, xidmətlərin və işlərin görülməsi ilə bağlı xərclər aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

  1. xərclər müvafiq müqavilə və ya qanunvericilik əsasında çəkilib;
  2. xərcin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
  3. əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisədən çıxması ehtimal olunduqda;

Müəssisənin əsas əməliyyat gəlirləri 60-Nli "Əsas əməliyyat gəlirləri" hesabında uçota alınır.

Yazı sonuncu dəfə 2018-07-19 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.